"Tağıyev: Məktəb" filmi VI "Korkut Ata" Türk Dünyası Film Festivalında nümayiş edilib
Far.Az xəbər saytı

"Tağıyev: Məktəb" filmi VI "Korkut Ata" Türk Dünyası Film Festivalında nümayiş edilib


VI "Korkut Ata" Türk Dünyası Film Festivalı çərçivısində rejissor Zaur Qasımlının "Tağıyev: Məktəb" filmi nümayiş olunub.

"Far.Az"un İstanbula ezam olunan əməkdaşı xəbər verir ki, ekran işi festivalın tammetrajlı bədii film kateqoriyasında yarışır.

Film böyük xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin həyat hekayəsinə həsr olunan "Tağıyev" filminin sonuncu - dördüncü hissəsidir.

Bakı Media Mərkəzinin istehsalı olan filmdə XIX əsrin sonu - XX əsrin əvvəlində Bakı və regionda baş verən mühüm tarixi hadisələrə toxunulur.

Ekran işində böyük xeyriyyəçinin təşəbbüsü ilə 1901-ci il oktyabrın 7-də Bakıda müsəlman Şərqində ilk dünyəvi qızlar məktəbinin fəaliyyətə başlaması hadisəsi, onun bu zaman üzləşdiyi çətinliklər, maneələr bədii və estetik formada tamaşaçıya təqdim edilir.

Layihə Heydər Əliyev Fondu, Mədəniyyət Nazirliyi və Azərbaycan Kino Agentliyinin dəstəyi, "Neqsol Holding", "Kapital Bank", "Bakcell" və "Norm" şirkətlərinin sponsorluğu ilə Bakı Media Mərkəzi tərəfindən istehsal olunub.

Oxşar xəbərlər

Bakıda Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş "Türk Dünyası Həftəsi"nin açılış mərasimi olub
Nazir bu müəllimləri təltif edildi - ADLAR
"TAĞIYEV: MƏKTƏB" bədii filminin təqdimat mərasimi keçirildi
Bakı bulvarında Çay Festivalı keçirilir
Heydər Əliyev Fondunun dəstəyi ilə alınan musiqi alətlərinin təqdimatı olub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər