Sabirabadda qadın sevgilisinin arvadının iş yerinə gedib dava etdi
Sabirabadda qadın sevgilisinin arvadına hücum edib.
BAKU.WS Lent.az-a istinadən xəbər verir ki, Elm və Təhsil Nazirliyinin adı çəkilməyən şöbəsində katibə-makinaçı işləyən 44 yaşlı Şahnigar Qasımova münasibətdə olduğu kişinin rəsmi nikahlı arvadının iş yerinə gedib. Burada onlar arasında mübahisə yaranıb və o, qadını nalayiq ifadələrlə təhqir edib. Zərərçəkənin şikayəti əsasında Şahnigar polis tərəfindən saxlanılıb və barəsində İnzibati Xətalar Məcəlləsinin 510-cu (xırda xuliqanlıq) maddəsilə protokol tərtib olunub.
Zərərçəkən qadın bildirib ki, Şahnigar onun ailəsini dağıtmaqla məşğuldur:
"Şahnigar həmin gün iş yerimə hücum edərək, məni nalayiq ifadələrlə təhqir etdi. Onun həbs olunmasını istəyirəm".
Şahnigar isə bildirib ki, 7-8 ildir Elçinlə ər-arvad kimi yaşayırlar və kəbinləri də var:
"Elçin zərərçəkənin mənə qarşı işlətdiyi ifadələri mənə bildirdi. Getdim qadının iş yerinə, əvvəl o, məni təhqir etdi. Lakin bununla bağlı faktım yoxdur. Mən də cavab olaraq, onu söydüm. Ərimdən ayrılmışam, himayəmdə 2 azyaşlı övladım var. Rəsmi yerdə işləyirəm".
Şahnigar Qasımova əməlindən peşman olduğunu deyərək, məhkəmədən barəsində cərimə növündə cəza verilməsini xahiş edib.
Sabirabad rayon Məhkəməsinin qərarı ilə Şahnigar Qasımova barəsində 100 manat miqdarında inzibati cərimə cəzası təyin edilib.
Oxşar xəbərlər
Leyla Əliyeva Mingəçevirdə şəhid ailəsini ziyarət edib, bir sıra sosial müəssisələrlə tanış olub
Açıq-saçıq rollara çəkilməyən Cessika Albanı Hollivud silmək istədi amma...
Bir sıra heyvan kəsimi və ət satışı məntəqələrində nöqsanlar aşkarlanıb
Leyla Əliyeva və Arzu Əliyeva Astarada Pəncəli Teymurovun ailəsini ziyarət ediblər
Gələcəyə ümidlə baxan uşaqların sağlamlıq arzusu burada gerçəkləşə bilər
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Ölkə ərazisinin əksər yerlərində hava yağıntılıdır - Faktiki hava
-
Lənkəran, Astara, Masallı, Lerik və Yardımlıda Zəfər Günü qeyd edilib
-
“Böyük Qayıdış” Gənclər Təşkilatı tərəfindən 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbirlər keçirilib
-
Azərbaycan Prezidenti: 44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi
-
"Nvidia" rəhbərinin casusluqla mümkün əlaqəsini araşdırır
-
Mehriban Əliyevaya: Qoy Azərbaycanda həmişə sülh və əmin-amanlıq hökm sürsün













