ABŞ Rusiyaya qarşı bir neçə sanksiyasını ləğv edib
Far.Az xəbər saytı

ABŞ Rusiyaya qarşı bir neçə sanksiyasını ləğv edib


ABŞ Rusiya əleyhinə sanksiyalar siyahısından yeddi hüquqi və iki fiziki şəxsi çıxarıb.

BAKU.WS xəvər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsinin (OFAC) saytında məlumat verilib.

Qurumdan bildirilib ki, sanksiyalar Rusiya vətəndaşı Dmitri Buqaenko və Finlandiya vətəndaşı Evgeniya Dremovaya qarşı ləğv edilib.

Bundan əvvəl KİV Vaşinqtonun Ukrayna üzrə sülh razılaşmasının baş tutmaması halında Rusiyaya qarşı yeni sanksiyalar hazırladığını yazmışdı. Bloomberg-in məlumatına görə, bu sanksiyalar RF-in "kölgə donanması"na, eləcə də neftin dəniz yolu ilə daşınmasını təmin edən treyderlərə şamil oluna bilər. Məhdudiyyətlərin artıq bu həftə elan ediləcəyi istisna edilmir.

Daha əvvəl Politico nəşri yazmışdı ki, ABŞ prezidenti Donald Tramp 25 dekabr tarixinədək prinsipial razılaşmalar əldə etməyi planlaşdırır.

Bundan əvvəl ABŞ-da Qərbin Rusiyaya qarşı sanksiyaları səbəbindən Amerika biznesinin itkiləri açıqlanmışdı.

Oxşar xəbərlər

Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev "Əl-Ərəbiyyə" telekanalına müsahibə verib
Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər