"Coursera" platformasını bitirən vətəndaşların sayı açıqlanıb
Son 6 ayda 45 min Azərbaycan vətəndaşı "Coursera" platformasının 83 mindən çox kursunu bitirib.
"Far.Az" xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin (4SİM) icraçı direktoru Fariz Cəfərov qurumun təşkil etdiyi "Sənaye 4.0: Hakaton 2025" tədbirində deyib.
Onun sözlərinə görə, Azərbaycan bu platformada ən çox təhsil alan layihəni icra edir: "Yəni hazırda Azərbaycan qlobal layihələr arasında layihəni icra edən ən aktiv ölkədir. Belə ki, 2 500-dən çox kurs Azərbaycan dilinə süni intellekt vasitəsilə tərcümə olunub və 10-dan çox kurs isə süni intellektin tətbiqi ilə dublyaj formatında tərcümə edilib. Bu layihədə də 54 %-dən çox iştirakçı qadınlardır".
F.Cəfərov bildirib ki, bu il platformadan istifadə edənlərin sayında əhəmiyyətli artım qeydə alınıb: "Ötən il əgər "Coursera"dan bütün Azərbaycan üzrə istifadəçilərinin sayı 120 min idisə, bu gün artıq bu göstərici 250 mindir. Bu o deməkdir ki, artıq onlayn öyrənmə imkanları da gənclərimiz tərəfindən kifayət qədər dəstəklənir".
Oxşar xəbərlər
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
İlham Əliyev Ərəb Koordinasiya Qrupuna daxil olan üzv qurumların rəhbər şəxslərini qəbul edib
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"City Finance" BOKT maliyyə vəziyyətini açıqlayıb
-
"Azərbaycan Dəmir Yolları" gücləndirilmiş iş rejiminə keçir
-
Çapayevdə nəqliyyatın hərəkəti iflic olub
-
Xocavənddə həyat yenidən canlanır: "Şükür ki, bu gün öz doğma yurdumuzda yaşayırıq"
-
Bakıdan çıxan sərnişin qatarı Tbilisiyə çatıb - YENİLƏNİB
-
Maqsud İbrahimbəyov Yaradıcılıq Mərkəzində ustad dərsi













