Maqsud İbrahimbəyov Yaradıcılıq Mərkəzində ustad dərsi keçirilib
Maqsud İbrahimbəyov Yaradıcılıq Mərkəzində bəstəkar və pianoçu Sevda Rəhimovanın iştirakı ilə uşaqlar üçün xeyriyyə musiqi ustad dərsi keçirilib. Tədbir "Qüsursuz Nitq" Nitq və Psixologiya İnkişafı Mərkəzi tərəfindən təşkil olunub.
"Report" xəbər verir ki, tədbirdə Alona Əliyeva iştirak edib.
Ustad dərsi çərçivəsində gənc iştirakçılar valehedici musiqi, səs və ritm dünyası ilə tanış olublar, müxtəlif musiqi alətlərinin xüsusiyyətləri haqqında məlumat əldə ediblər və yaradıcı və interaktiv məşğələlərə qatılıblar.
Tədbirdə çıxış edən "Ümidlə gəl" xeyriyyə layihəsinin rəhbəri Hacı Quliyev deyib ki, Heydər Əliyev Fondu, xüsusən də Leyla Əliyeva tərəfindən sağlamlıq imkanları məhdud olan uşaqlara dəstəyin göstərilməsi həmişə xüsusi əhəmiyyət kəsb edir.
Onun sözlərinə görə, həyata keçirilən layihələr bu vacib ənənəni davam etdirməyə, uşaqların inkişafı və yaradıcı potensiallarının üzə çıxarılması üçün əlverişli mühit yaratmağa yönəlib.
H. Quliyev dəstəyə ehtiyacı olan uşaqlara göstərdiyi daimi diqqət və qayğıya görə Leyla Əliyevaya minnətdarlığını bildirib, onun təşəbbüslərinin və dəstəyinin bu cür sosial layihələrin həyata keçirilməsində mühüm rol oynadığını vurğulayıb.
S. Rəhimovanın rəhbərliyi ilə keçirilən tədbirdə uşaqlar yeni biliklərin əldə edilməsi ilə yanaşı, həm də yaradıcı və ilhamverici bir atmosferdə vaxt keçirdilər.
Proqramda, həmçinin Rəşid Behbudov adına 2 nömrəli Bakı Musiqi Məktəbinin şagirdlərinin ifasında musiqi nömrələri də səsləndirilib.
Oxşar xəbərlər
Heydər Əliyev Fondunun dəstəyi ilə alınan musiqi alətlərinin təqdimatı olub
Leyla Əliyeva, Arzu Əliyeva və Alyona Əliyeva "Təmiz Dünya" sığınacağındakı uşaqların bayram sevincinə şərik olublar
Leyla Əliyeva və Alyona Əliyeva mükafatlandırma mərasimində iştirak ediblər
Leyla Əliyeva və Arzu Əliyeva Şəkidə tarixi-memarlıq abidələrinin bərpadan sonra açılışında iştirak ediblər
Leyla Əliyeva və Arzu Əliyeva Qaxda Axar-Baxar Milli Parkının açılış mərasimində iştirak ediblər
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Ermənistanda bir partiya seçkidə iştirakdan geri çəkildi
-
"City Finance" BOKT maliyyə vəziyyətini açıqlayıb
-
Si Cinpin Vuçiçlə ölkələr arasında tərəfdaşlığın gücləndirilməsini müzakirə ediblər
-
Cavid Qurbanov: Bakı-Tbilisi sərnişin qatarı iki dövlətin vətəndaşlarının gediş-gəlişini asanlaşdıracaq
-
"Azərbaycan Dəmir Yolları" gücləndirilmiş iş rejiminə keçir
-
Xocavənddə həyat yenidən canlanır: "Şükür ki, bu gün öz doğma yurdumuzda yaşayırıq"













