Anar Əliyev Kürdəmirdə vətəndaşları qəbul edib
Far.Az xəbər saytı

Anar Əliyev Kürdəmirdə vətəndaşları qəbul edib


Əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev Kürdəmir rayonunda Kürdəmir və Hacıqabul rayonlarının sakinlərini qəbul edib.

"Far.Az" xəbər verir ki, qəbul zamanı vətəndaşlar məşğulluq, əlillik, mənzil təminatı, reabilitasiya, ünvanlı sosial yardım və s. məsələlərlə bağlı müraciət ediblər.

Müraciət edənlər sırasında şəhid ailələrinin üzvləri və müharibə iştirakçıları da olub.

Hər bir müraciət fərdi qaydada araşdırılıb və nəticəsinə uyğun tədbirlər görülüb.

Sorğu xarakterli müraciətlərlə bağlı qanunvericiliyə uyğun izahatlar verilib. Vətəndaşlar müraciətləri əsasında aktiv məşğulluq proqramlarına, habelə özünüməşğulluq proqramına cəlb edilmələri üçün qeydiyyata alınıblar.

Oxşar xəbərlər

Yeni Klinikada Yeni Robotik Reabilitasiya və Sümük İliyi Transplantasiyası mərkəzlərinin açılışı olub
"Qarabağ KOB-ları" layihəsi - şəhid ailələrinin, qazilərin məşğulluğuna və biznes təşəbbüslərinə dəstək
SOCAR-ın təşkilatçılığı, "Neftçi" və "Galatasaray" klublarının tərəfdaşlığı ilə şəhid və qazi övladları üçün "Futbol günü" adlı tədbir keçirilib
Şəhid ailələri və müharibə əlillərinə daha 100 mənzil verilib
Qurban Qurbanov və futbolçuları Yeni Robotik Reabilitasiya Mərkəzini ziyarət ediblər

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər