Mbappe Ronaldunun "Real"da bir ildəki qol rekordunu təkrarlayıb
Fransız futbolçu Kilian Mbappe portuqaliyalı Kriştianu Ronaldunun bir təqvim ilində İspaniyanın "Real" komandasındakı qol rekordunu təkrarlayıb.
"Report" un məlumatına görə, Mbappe İspaniya çempionatının "Sevilya" ilə ev oyununda (2:0) fərqlənib. Fransalı hücumçu 2025-ci ildə 59-cu qolunu vurub. Ronaldu eyni göstəriciyə 2013-cü ildə imza atıb.
Qeyd edək ki, dekabrın 20-də Mbappenin 27 yaşı tamam olub. Hücumçu 3 iyun 2024-cü ildə "Real"la azad agent kimi müqavilə imzalayıb.
Mbappe 2018-2024-cü illərdə PSJ-də çıxış edib, klub tarixinin ən yaxşı bombardiridir. O, komandanın heyətində beş dəfə Fransa Kubokunun və ölkə Super Kubokunun üçqat qalibi olub, Liqa Kubokunda iki dəfə qalib olub. Mbappe Fransa millisi ilə Rusiyada 2018-ci ilin Dünya Çempionatını qazanıb, habelə Qətərdə 2022-ci il Dünya Çempionatının gümüş medalına sahib olub.
"Real" 2025-ci ilin sonuna qədər heç bir oyun keçirməyəcək.
Oxşar xəbərlər
Azərbaycan boksçuları Avropa çempionatını 8 medalla başa vurub
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Həyatda yaxşı şeyləri niyə görmürük? - Tanınmış simaların FİKİRLƏRİ
Lənkəranda qandonduran HADİSƏ – Ana isti qaşıqla 3 yaşlı qızının qolunu DAĞLADI
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Ölkə ərazisinin əksər yerlərində hava yağıntılıdır - Faktiki hava
-
"Nvidia" rəhbərinin casusluqla mümkün əlaqəsini araşdırır
-
“Böyük Qayıdış” Gənclər Təşkilatı tərəfindən 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbirlər keçirilib
-
Bəzi dağlıq ərazilərə qar yağır - Faktiki hava
-
Azərbaycan Prezidenti: 44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi
-
Daşkəsəndə Zəfər Günü təntənəli bayram konserti ilə qeyd edilib













