Rektor: Qərbi Azərbaycanla bağlı dərs vəsaitləri nəşr olunacaq
Far.Az xəbər saytı

Rektor: Qərbi Azərbaycanla bağlı dərs vəsaitləri nəşr olunacaq


BDU-da fəaliyyət göstərən Qərbi Azərbaycan Araşdırmaları Mərkəzi Qərbi Azərbaycanla bağlı dərs vəsaitlərinin nəşr olunmasını qarşısına məqsəd qoyub.

"Report" xəbər verir ki, bunu Bakı Dövlət Universitetinin (BDU) rektoru Elçin Babayev universitetdə baş tutan "Böyük yolun davamı" adlı konfransda jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, bu mərkəz həm elmi tədqiqatların aparılmasına, müvafiq təlimlərin keçirilməsinə, mədəni irsin həm maddi, həm də qeyri-maddi irsin araşdırılmasına çalışır:

"Mərkəz qarşısına onların müxtəlif toplular, kitablar və zərurət olduqda dərs vəsaitləri şəklində nəşr olunmasını məqsəd qoyub. Əlbəttə, bu bir günün işi deyil. Bu proses davamlı xarakter daşıyır və bu istiqamətdə hamımızın birlikdə fəaliyyət göstərməsi ən vacib şərtlərdən biridir".

Rektor qeyd edib ki, yeni nəsil, formalaşan nəsil öz kimliyini, tarixini və keçmişini yaxşı bilməli, bu günlə yaşamalı, gələcəyə isə daha böyük ümidlərlə baxmalıdır:

"Bu böyük yolun davamlı olacağına və sürətlə inkişaf edən, qüdrətlənən Azərbaycanımızın qarşısına qoyduğu məqsədlərə cavab verəcəyinə əminəm".

Oxşar xəbərlər

Gələcəyə ümidlə baxan uşaqların sağlamlıq arzusu burada gerçəkləşə bilər
Leyla Əliyeva Türkmənistanda beynəlxalq konfransda iştirak edib
BDU-da şəhid jurnalist Məhərrəm İbrahimova həsr olunmuş kitabın təqdimatı keçirilib
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Həyatda yaxşı şeyləri niyə görmürük? - Tanınmış simaların FİKİRLƏRİ

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər