"Qarabağ"ın maestrosu klubu tərk etmək istəyir
"Qarabağ"ın yarımmüdafiə xəttində aparıcı fiqurlardan biri olan Marko Yankoviç klubdan ayrılmaq istəyir.
Far.Az-in əldə etdiyi məlumata görə, monteneqrolu futbolçuya Yunanıstanın aparıcı klublarından birindən maddi baxımdan cəlbedici təklif daxil olub və oyunçu karyerasında yeni mərhələyə keçmək niyyətindədir.
Bildirilir ki, baş məşqçi Qurban Qurbanov Yankoviçi komandada saxlamaq üçün onunla bir neçə dəfə danışıq aparsa da, futbolçu qərarının dəyişməz olduğunu bildirib. Yankoviç daha yüksək səviyyəli çempionatda çıxış etmək istəyini gizlətməyib.
Məlumata əsasən, Yankoviç komanda daxilində bəzi futbolçularla münasibətlərində müəyyən gərginliklər yaşayır. Xüsusilə həmyerlisi Marko Veşoviçin klubdan ayrılmasından sonra onun kollektivlə ünsiyyətində problemlərin yarandığı qeyd olunur. Bu amilin də futbolçunun ayrılıq qərarına təsir göstərdiyi istisna edilmir.
Qeyd edək ki, Qurban Qurbanov bir neçə gün əvvəl mətbuata verdiyi açıqlamada mövcud vəziyyətdən narazılığını açıq şəkildə dilə gətirmişdi. Təcrübəli mütəxəssis futbolçulara yüksək maaş vəd edildiyini, lakin kluba təklif olunan transfer məbləğlərinin qənaətbəxş olmadığını vurğulamışdı. Onun sözlərinə görə, müxtəlif ölkələrdən - Yaponiya, Dubay və digər regionlardan gələn təkliflər komandanın əsas heyətini qorumağı demək olar ki, mümkünsüz vəziyyətə salıb.
Xatırladaq ki, Marko Yankoviçin Transfermarkt portalına görə hazırkı bazar dəyəri 750 min avrodur. 29 yaşlı yarımmüdafiəçinin "Qarabağ"la müqaviləsi 2027-ci ilin iyunun 30-dək qüvvədədir. Buna baxmayaraq, mövsümün sonunda Yankoviçin karyerasını başqa ölkədə davam etdirmə ehtimalı getdikcə daha real görünür.
Oxşar xəbərlər
Qurban Qurbanov və futbolçuları Yeni Robotik Reabilitasiya Mərkəzini ziyarət ediblər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
IAA ilə Azərbaycanın avtomobil bazarı yeni mərhələyə qədəm qoyur
"Mən televiziyaya çıxmaq üçün işləmirəm" - Qurban Qurbanov
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Ağdaşın bir sıra ərazilərində qaz kəsilib
-
Göygöldə 37 yaşlı kişini bıçaqlamaqda şübhəli bilinən şəxs saxlanılıb
-
Qurban Qurbanov: "Futbolçuların məsuliyyətindən və matça yanaşmasından razı qaldım"
-
"Nəvələrim dedi, Prezidentlə şəkil çəkdir, başımızın üstündən asaq"
-
Paraqvay Prezidenti impiçment nəticəsində vəzifəsindən uzaqlaşdırılıb
-
Premyer Liqa: "Turan Tovuz" səfərdə "Qarabağ"a qalib gəlib













