Misir yığması Afrika Millətlər Kubokunda rekorda imza atıb
Far.Az xəbər saytı

Misir yığması Afrika Millətlər Kubokunda rekorda imza atıb


Misir yığması Zimbabve millisi ilə matçda qapıya 35 zərbə endirib və səkkiz qol imkanı yaradıb.

"Report"un məlumatına görə, bu barədə "OptaJean" "X" sosial media platformasında bildirib.

Qeyd edilir ki, hər iki rəqəm 2010-cu ildən bəri Afrika Millətlər Kubokunun matçı üçün ən yüksək göstəricidir.

Afrika Millətlər Kuboku - 2025-in qrup mərhələsinin ilk oyun günündə Misir yığması Zimbabveni 2-1 hesabı ilə məğlub edib. Hücumçu Məhəmməd Salah 90+1-ci dəqiqədə fərqlənərək Misirin qələbə qoluna imza atıb.

B qrupundakı digər iki komanda Cənubi Afrika Respublikası və Anqoladır. Qrupda 2-ci və 3-cü turların oyunları 26 və 29 dekabrda keçiriləcək.

Oxşar xəbərlər

İlham Əliyev Cəbrayılın Horovlu kəndinin birinci mərhələsinin açılışında iştirak edib
İlham Əliyev Şeyx Məhəmməd bin Zayed Al Nəhyana Qarabağ atı hədiyyə edib
Baku TV-nin "Rəqəmsal Media Məktəbi"ndə doqquzuncu qrup məzunlarına sertifikatlar təqdim olunub
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Millətlər Liqası: Azərbaycan yığması növbəti dəfə məğlub olub - YENİLƏNİB-8

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər