Sumqayıtda  binadan yıxılan 19 yaşlı qız SAĞDIR
Far.Az xəbər saytı

Sumqayıtda binadan yıxılan 19 yaşlı qız SAĞDIR


Sumqayıtda çoxmərtəbəli binadan yıxılan qız sağ qalıb.

Hadisə şəhərin 10-cu mikrorayonunda yerləşən yaşayış komplekslərinin birində qeydə alınıb.

19 yaşlı Aysel Əlizadənin yaşadığı mənzildən yıxıldığı bildirilir. O, dərhal xəstəxanaya çatdırılıb.

"Səs-küyü eşidib, aşağı düşdüm. Dedilər ki, üçüncü mərtəbədə yaşayan qız yıxılıb. Deyəsən, əlində telefon olub. Yerə düşəndə başı dəmir boruya dəyib", - deyə hadisə şahidi bildirib.

Sumqayıt Tibb Mərkəzindən verilən məlumata görə, Aysel Əlizadənin müalicəsi Reanimasiya şöbəsində davam etdirilir, vəziyyəti orta ağırdır.

Hadisənin baş vermə səbəbləri araşdırılır.

Ətraflı Baku TV-nin videomaterialında:

***13:13

Sumqayıt şəhərində 19 yaşlı qız binadan yıxılıb.

Far.Az oxu.az-a istinadən xəbər verir ki, hadisə şəhərin 10-cu mikrorayonu ərazisində baş verib.

2006-cı il təvəllüdlü Aysel Əlizadə yaşadığı binanın 4-cü mərtəbəsinin balkonunda iş görərkən ehtiyatsızlıqdan yıxılıb.

19 yaşlı qız Sumqayıt Şəhər Təcili Tibbi Yardım Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdirilib.

Sumqayıt Tibb Mərkəzindən bildirilib ki, A.Əlizadəyə sol baldır sümüyünün sınığı diaqnozu qoyulub və müalicəsi Reanimasiya şöbəsində davam etdirilir, vəziyyəti orta ağırdır.

Oxşar xəbərlər

Cəbrayıl şəhərində ikinci və üçüncü yaşayış komplekslərinin təməli qoyulub
Bloger Aysel Şükür həyat yoldaşından ayrıldı
Sumqayıtda 36 nömrəli tam orta məktəbin yenidənqurmadan sonra açılışı olub
Daxili qanaxma keçirən 49 yaşlı aktyorun vəziyyəti ağırdır
Goranboyda yaşayış binasında uçqun zamanı xəsarət alanların VƏZİYYƏTİ AÇIQLANIB

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər