Əsədin Moskvadakı dəbdəbəli həyatı - 62-ci mərtəbədə...
"The New York Times" qəzeti Suriyanın devrilmiş prezidenti Bəşər Əsədin Rusiyaya qaçdıqdan sonra Moskvada lüks şəraitdə yaşamasından yazıb.
Far.Az xəbər verir ki, Əsəd ailəsi əvvəlcə Moskvanın tam mərkəzində yerləşən "Four Seasons" otelində məskunlaşıb.
Daha sonra onlar "Moskva-Siti"dəki "Federasiya" qülləsində yerləşən iki mərtəbəli penthausa, oradan isə "Rublyovka" ərazisinə köçüblər.
Bildirilir ki, Əsəd ailəsi hazırda da xüsusi xidmət orqanlarının nəzarəti və mühafizəsi altındadır. Bu məlumatlar sabiq prezidentin digər qohumları, ailə dostları və keçmiş suriyalı məmurlara istinadla verilib.
NYT-yə danışan suriyalı mühacir bildirib ki, o, bir dəfə Əsədi "Moskva-Siti"də yerləşən "Federasiya" qülləsinin 62-ci mərtəbəsindəki "Sixty" restoranında görüb. Keçmiş prezident həmin vaxt restoranın VİP qonaqlarından biri olub.
Qəzet yazır ki, hazırda Moskvada Əsədin kiçik qardaşı Mahir Əsəd də yaşayır. O, əvvəllər Suriyanın 4-cü zirehli diviziyasının komandanı olub. NYT-nin məlumatına görə, Mahir Əsədi dəfələrlə "Moskva-Siti" yaxınlığında yerləşən "Capital Towers" yaşayış kompleksi ətrafında görüblər. Yay aylarında isə o, "Afimoll" ticarət mərkəzində yerləşən "Myata Platinum" qəlyanxanasında lentə alınıb.
Mahir Əsədin qızı Şam hazırda Birləşmiş Ərəb Əmirliklərində yaşayır. Eyni ölkədə Bəşər Əsədin qızı Zeyn də məskunlaşıb. Bildirilir ki, bu, BƏƏ hakimiyyəti ilə əldə olunmuş xüsusi razılaşma çərçivəsində baş verib. Zeyn Əsəd Əbu-Dabidə Fransanın Sorbona Universitetinin filialında təhsil alır. O, bundan əvvəl isə Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunu bitirib.
Xatırladaq ki, 8 dekabr 2024-cü ildə "Azad Suriya Ordusu"nun komandanlığı Bəşər Əsədin hakimiyyətinin başa çatdığını elan edib. Daha sonra mediada Əsədin ailə üzvləri ilə birlikdə Moskvaya getdiyi və Rusiyanın onlara humanitar səbəblərlə sığınacaq verdiyi barədə məlumatlar yayılıb.
Oxşar xəbərlər
Yasamalda bina təhlükə altındadır: Sakinlər ölüm qorxusu ilə yaşayırlar
Balıkesirdəki zəlzələ zamanı 25 bina zərər görüb
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Prezidentin izi ilə - ZƏNGİLANDAN FOTOREPORTAJ
Heydər Əliyev Mərkəzində "ART Weekend" festivalının rəsmi açılışı olub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İstanbulda silahlı hücum zamanı üç nəfər yaralanıb
-
JP: Qətər ABŞ-nin İrana mümkün hücumunu təxirə salıb
-
ABŞ-də üç nəfər Britaniya aviabazasında terror aktı hazırlamaqda ittiham olunub
-
ABŞ və Çin süni intellekt məsələləri üzrə birbaşa rabitə kanalı yaradır
-
Azərbaycan elektrik şəbəkələrini yeniləyir, enerji saxlama sistemləri qurur
-
Beyrutda İraq parlamentinin keçmiş deputatının meyiti aşkarlanıb













