Türkiyədə Liviyanın Baş Qərargah rəisinin olduğu deyilən təyyarə ilə əlaqə kəsilib
Far.Az xəbər saytı

Türkiyədə Liviyanın Baş Qərargah rəisinin olduğu deyilən təyyarə ilə əlaqə kəsilib


Türkiyədə Ankara Esenboğa hava limanından Liviyanın Tripoli şəhərinə doğru uçan "Falcon 50" özəl təyyarəsi ilə əlaqə kəsilib.

Far.Az "Report"a istinadən xəbər verir ki, Liviya Baş Qərargah rəisi general Məhəmməd Əli Əl-Həddadın təyyarədə olduğu bildirilib.

Qeyd edib ki, Həddad bu gün Türkiyənin Baş Qərargah rəisi general Səlcuq Bayraktaroğlunun qonağı olaraq Ankaraya gəlib və milli müdafiə naziri Yaşar Gülerlə də görüşüb.

Hadisədən sonra Ankara hava məkanında uçuşlar müvəqqəti olaraq dayandırılıb.

Türkiyədə Liviyanın Baş Qərargah rəisinin olduğu deyilən təyyarə ilə əlaqə kəsilib

Oxşar xəbərlər

Türkiyədə radarlardan itən təyyarədə Liviya Baş Qərargah rəisi ilə yanaşı 4 sərnişin olub - YENİLƏNİB
Növbəti köç karvanı Kəlbəcər şəhərinə çatıb
İlham Əliyev Şeyx Məhəmməd bin Zayed Al Nəhyana Qarabağ atı hədiyyə edib
Bakıda kosmetoloji vasitələrin satışı anbarının fəaliyyəti dayandırılıb
Sumqayıtda yanğın təhlükəli obyektin fəaliyyəti dayandırılıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər