Durov Putinlə yeganə görüşünün detallarını açıqladı
2013-cü ildə "Telegram"ın yaradıcısı Pavel Durov Rusiya Prezidenti Vladimir Putinlə və yüksəkvəzifəli məmurlarla görüşüb, bundan sonra ölkəni tərk etmək barədə qəti qərar qəbul edib.
BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki,, bu barədə məlumat jurnalist Nikolay Kononovun "Durovun kodu 2" adlı kitabında yer alıb.
Durov görüşün Moskvada iri biznesmenlərin iştirakı ilə keçirilən tədbirdə baş tutduğunu deyib. O, oraya həmin vaxt "Vkontakte"nin (VK) iri səhmdarı olan Alişer Usmanovla birlikdə gəlib.
Bildirilir ki, iştirakçılar Putinin özünü bir neçə saat gözləyiblər, rəsmi hissədən sonra isə Usmanov şəxsən Durovu prezidentə təqdim edib. Sahibkarın sözlərinə görə, Putin demək olar ki, dərhal "Telegram"dakı "qanunsuz filmlər" haqqında danışmağa başlayıb və belə bir biznesin Rusiyada xoş qarşılanmadığını hiss etdirib.
Bununla yanaşı, o, Durova layihələrini xaricdə, xüsusən də İsraildə inkişaf etdirməyi bir neçə dəfə təklif edib. "Bizə Rusiyada belə şeylər, bütün bu gizli əyləncələr lazım deyil", - deyə Putin bildirib.
Durov dünyaya Rusiya proqramlaşdırma məktəbinin yüksək səviyyəsini göstərmək istədiyini izah etməyə çalışıb, lakin anlayıb ki, onun arqumentləri qəbul olunmur. Məhz bu görüşdən sonra o, təzyiqlərdən və cinayət risklərindən çəkinərək layihələrini Rusiyadan çıxarmağa qərar verib.
Oxşar xəbərlər
Birinci vitse-prezident Mehriban Əliyeva Müqəddəs Pavel Bazilikasının baş keşişi ilə görüşüb
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Həyatda yaxşı şeyləri niyə görmürük? - Tanınmış simaların FİKİRLƏRİ
Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İstanbulda silahlı hücum zamanı üç nəfər yaralanıb
-
JP: Qətər ABŞ-nin İrana mümkün hücumunu təxirə salıb
-
ABŞ-də üç nəfər Britaniya aviabazasında terror aktı hazırlamaqda ittiham olunub
-
ABŞ və Çin süni intellekt məsələləri üzrə birbaşa rabitə kanalı yaradır
-
Azərbaycan elektrik şəbəkələrini yeniləyir, enerji saxlama sistemləri qurur
-
Beyrutda İraq parlamentinin keçmiş deputatının meyiti aşkarlanıb













