Azərbaycan millisinin futbolçuları şagirdlərlə görüşüblər
Far.Az xəbər saytı

Azərbaycan millisinin futbolçuları şagirdlərlə görüşüblər


Qadın futbolçulardan ibarət Azərbaycan millisinin üzvləri 189-190 saylı məktəbin şagirdləri ilə görüşüblər.

"Report" AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, görüşə AFFA U-12 Liqasının və Məktəbli qızlar turnirinin iştirakçıları olan şagirdlər qatılıblar.

Tədbir zamanı xatirə fotoları çəkilib, məktəbə xatirə hədiyyələri təqdim olunub.

Görüşdə AFFA-nın Qadın Futbolu Departamentinin rəhbəri Zümrüd Ağayeva və əməkdaşları, qadınlardan ibarət milli komandanın baş məşqçisi Siyasət Əsgərov, eləcə də millinin futbolçuları Milana Rəhimova, Sara Səlimova və Mədinə Çuruqova iştirak ediblər.

Tədbir çərçivəsində şagirdlərlə söhbətlər olub, qadın futbolunun inkişafı və gələcək perspektivləri barədə fikir mübadiləsi aparılıb.

Oxşar xəbərlər

VII çağırış Milli Məclisin deputatları - SİYAHI
Məktəbin ilk günündən FOTOLAR
Milli Məclisə seçkilərdə lider namizədlərin adları açıqlanıb - YENİLƏNİB
SWG SPA təşkilatı Azərbaycan Milli Məclisinə keçirilən seçkilərin "exit-poll" nəticələrini açıqlayıb
"Oracle Advisory Group" parlament seçkilərində "exit poll"un nəticələrini açıqlayıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər