Növbəti köç karvanı Horovlu kəndinə çatıb
Far.Az xəbər saytı

Növbəti köç karvanı Horovlu kəndinə çatıb


Növbəti köç karvanı Cəbrayıl rayonunun Horovlu kəndinə çatıb.

BAKU.WS xəbər verir ki, bu mərhələdə Cəbrayıl rayonunun Horovlu kəndi 19 ailə - 70 nəfər köçürülüb.

*** 07:59

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə "Böyük Qayıdış" prosesi davam etdirilir.

BAKU.WS xəbər verir ki, bu mərhələdə Xocavənd rayonunun Sos kəndinə 24 ailə - 99 nəfər, Cəbrayıl rayonunun Horovlu kəndi isə 19 ailə - 70 nəfər köçürülüb.

Doğma yurdlarına qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.

Onlar, həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə təşəkkür edib, bu yolda canlarından keçən şəhidlərimizə Allahdan rəhmət diləyiblər.

Qeyd edək ki, Xocavənd rayonunun Sos və Cəbrayıl rayonunun Horovlu kəndlərinə köç edənlər respublikanın müxtəlif bölgələrində, əsasən yataqxanalarda, sanatoriyalarda və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.

Oxşar xəbərlər

İlham Əliyev Cəbrayılın Horovlu kəndinin birinci mərhələsinin açılışında iştirak edib
Köç karvanı Cəbrayılın Horovlu kəndinə çatıb, açarlar təqdim olunub
Növbəti köç karvanı Kəlbəcər şəhərinə çatıb
Köç karvanı Horovlu kəndinə çatıb, açarlar təqdim edilib
Cəbrayılın Horovlu kəndinə növbəti köç karvanı yola salınıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər