Gecə 3-də qonşusunun evinə qanunsuz girdi - Bu cəza verildi
Şəkidə qonşusunun evinə qanunsuz şəkildə daxil olan şəxs cinayət məsuliyyətinə cəlb edilib.
Far.Az qafqazinfo.az-a istinadən xəbər verir ki, rayonun kəndlərindən birində yaşayan 1994-cü il təvəllüdlü Sübhan Kərimov (şərti soyadlı) barəsindəki cinayət işinin materialları rayon məhkəməsinə göndərilib. O, Cinayət Məcəlləsinin 157-ci (Mənzil toxunulmazlığının pozulması) maddəsi ilə təqsirli bilinib.
Qeyd edilib ki, hadisə bir neçə ay əvvəl gecə saat 03 radələrində baş verib. Həmin vaxt Sübhan sərxoş halda evlərindən 150 metr uzaqlıqda yerləşən Nazlı Məmmədovanın (şərti ad-soyadlı) yaşadığı evə girib. Belə ki, həyət darvazasının bağlı olduğunu görən Sübhan daş hasardan keçərək həyətə, daha sonra evin qapısını sındıraraq mənzilə daxil olub.
Bu zaman qadın və oğlu yuxudan oyanıb və qonşuluqda yaşayan Sübhanı tanıyıblar.
Şəki Rayon Məhkəməsinin hökmü ilə ona 6 ay islah işləri cəzası verilib.
Oxşar xəbərlər
Prezident İlham Əliyev "AZWOOL" mineral daş yunu zavodunun açılışında iştirak edib
İki ordu arasında qalan Ukraynanın xaraba kəndlərindən - FOTOREPORTAJ
Daş Salnamə Muzeyində "Suyun sirri" pantomim tamaşası təqdim olunub
Ermənistanın 2016 və 2020-ci illərdə Azərbaycanda mülki şəxslərə qarşı törətdiyi cinayətlərlə bağlı açıqlama
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Ölkə ərazisinin əksər yerlərində hava yağıntılıdır - Faktiki hava
-
Lənkəran, Astara, Masallı, Lerik və Yardımlıda Zəfər Günü qeyd edilib
-
Azərbaycan Prezidenti: 44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi
-
“Böyük Qayıdış” Gənclər Təşkilatı tərəfindən 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbirlər keçirilib
-
Mehriban Əliyevaya: Qoy Azərbaycanda həmişə sülh və əmin-amanlıq hökm sürsün
-
Los-Ancelesdə avtomobil piyadaların üzərinə sürülüb, 8 nəfər yaralanıb













