"Qarabağ" Duranı satıb yeni hücumçu almaq istəyir
Azərbaycan çempionu "Qarabağ" qarşıdakı transfer pəncərələri ərəfəsində heyətdə dəyişikliklərə hazırlaşır. Ağdam klubu bir tərəfdən aparıcı futbolçularına artan xarici marağı dəyərləndirməyi, digər tərəfdən isə əldə olunacaq vəsait hesabına hücum xəttini gücləndirməyi planlaşdırır.
Far.Az-in məlumatına görə, "Trabzonspor" "Qarabağ"ın kolumbiyalı vingeri Kamilo Duranla yaxından maraqlanır.
Trabzon təmsilçisi futbolçunun transfer imkanlarını araşdırır və onun yay transfer dönəmində heyətə cəlb olunması əsas hədəflərdən biri kimi qiymətləndirilir.
Kamilo Duranın mümkün transferindən əldə olunacaq vəsaitin isə birbaşa hücum xəttinin gücləndirilməsinə yönəldilməsi planlaşdırılır. Bu baxımdan "Qarabağ" Belçikanın "Lyej" klubunun seneqallı hücumçusu Umar Diufu transfer siyahısında ön plana çıxarıb. Azərbaycan təmsilçisi 22 yaşlı forvard üçün qarşı tərəfə 1,2 milyon avro məbləğində rəsmi təklif göndərsə də, Belçika klubu futbolçu üçün 1,5 milyon avro tələb edir.
Belçika mətbuatının məlumatına görə, Umar Diufun transferi uğrunda rəqabət kifayət qədər gərgindir. Belçikanın "Gent" və "Brügge" klubları, Kiprin "Pafos" komandası, eləcə də İngiltərə Çempionşipindən bir klub seneqallı forvardla yaxından maraqlanır.
Cari mövsümdə Belçikanın II Divizionunda 18 oyunda 8 qol vuran Umar Diuf performansı ilə diqqət çəkib. Onun "Lyej" klubu ilə müqaviləsi 2026/2027-ci illər mövsümünün sonuna qədər qüvvədədir.
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
"Neftçi" təcrübəli hücumçu transfer etdi - Vensan Abubakar Bakıda
Dünya ölkələri Yeni ilə necə hazırlaşır?
Rövşən Nəcəf bir sıra xarici şirkətlə əməkdaşlıq imkanlarını müzakirə edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Ağdaşın bir sıra ərazilərində qaz kəsilib
-
Göygöldə 37 yaşlı kişini bıçaqlamaqda şübhəli bilinən şəxs saxlanılıb
-
Qurban Qurbanov: "Futbolçuların məsuliyyətindən və matça yanaşmasından razı qaldım"
-
"Nəvələrim dedi, Prezidentlə şəkil çəkdir, başımızın üstündən asaq"
-
Paraqvay Prezidenti impiçment nəticəsində vəzifəsindən uzaqlaşdırılıb
-
Premyer Liqa: "Turan Tovuz" səfərdə "Qarabağ"a qalib gəlib













