Fərhad Qaraşov: "Azərbaycanda bu il quraqlıq narın gec yetişməsinə səbəb olub"
Bu il Azərbaycanda quraqlığın uzun müddət davam etməsi, kritik dövrlərdə yağıntının olmaması nar məhsulunun bir qədər gec yetişməsinə səbəb olub.
Bunu "Report"a açıqlamasında "Azərbaycan Nar İstehsalçıları və İxracatçıları Assosiasiyası" İctimai Birliyinin İdarə Heyətinin sədri Fərhad Qaraşov bildirib.
Onun sözlərinə görə, bu il Azərbaycanda bağlarda birinci çiçəkləmə erkən gəldiyi üçün hava şəraitindən asılı olaraq narlar kifayət qədər keyfiyyətli və iri ölçülü olub: "Lakin quraqlığın uzun müddət davam etməsi, kritik dövrlərdə yağıntının olmaması məhsulun bir qədər gec yetişməsinə gətirib çıxarıb. Keyfiyyət göstəricilərinə gəlincə, ümumilikdə Azərbaycan narı yüksək keyfiyyətli sayılır və xüsusilə narçılığın inkişaf etdiyi regionlarda məhsullar bazarda rəqabətə davamlıdır. Lakin bu ilin iqlim amilləri bir qədər gec çiçəklənmə yaratsa da, məhsulun rəng, dad və saxlanma baxımından ciddi problemlər yaratmayıb. Ənənəvi olaraq narçılıq üzrə ən çox məhsul verən regionlar Mil-Muğan, Yuxarı Şirvanın aşağı yanları, Aran və Qarabağın bəzi dağlıq və aran hissələridir. Xüsusilə Göyçay, Kürdəmir, Ucar, Hacıqabul kimi rayonlarda narçılığın daha çox intensiv hal aldığını qeyd edə bilərik".
F.Qaraşov vurğulayıb ki, 2025-ci ilin 11 ayında 32 min 107,11 ton məhsul ixrac olunub: "Malın ümumi satış qiymətinə ekvivalent olaraq statistik dəyəri 31,365 ABŞ dolları olaraq qeydə alınıb. Sevindirici haldır ki, 2024-cü ilin ilk 11 ayı ilə müqayisədə dəyər olaraq 5 milyon 597 min ABŞ dolları, həcm olaraq isə 2 747 ton artım müşahidə olunub. Cari il nar məhsulu ümumilikdə rəng, dad və tərkib baxımından rəqabət qabiliyyətli hesab olunur və xarici bazarlarda artan tələbatla müşahidə edilir. Tələb olunan nar sortları kimi Qırmızı gülöyşə, Bala Mürsəl, Vələs bazarda yerli və xarici alıcılar tərəfindən yüksək qiymətləndirilir".
Oxşar xəbərlər
Ət əvəzinə hamı balıq alır - Bazarda SON QİYMƏTLƏR
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
SOCAR-da "Ümumdünya Keyfiyyət Həftəsi 2025" ilə bağlı tədbir keçirilib
İlham Əliyev Cəbrayılın Horovlu kəndinin birinci mərhələsinin açılışında iştirak edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Özbəkistanla Azərbaycan Xəzərdə donanmanın maliyyələşdirilməsi mənbələrini müəyyən edib
-
Cəbrayıl sakini: Dövlət biznesimizi inkişaf etdirmək üçün bizə yetərli dəstək verib
-
Bakı-Sumqayıt yolu ilə bağlı SEVİNDİRİCİ XƏBƏR
-
Tramp və Si Cinpin Ağ Evdə hərbi mərasimdə
-
İlham Əliyev: "Qlobal iqtisadi münasibətlər sürətlə dəyişir"
-
Suraxanıda 11 kiloqram narkotik aşkarlanıb













