Ali Məclis Naxçıvanın gələnilki büdcəsini son oxunuşda qəbul edib
Naxçıvan Muxtar Respublikası (MR) Ali Məclisi 2026-cı ilin büdcə layihəsini üçüncü oxunuşda təsdiqləyib.
"Report"un yerli bürosu xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin payız sessiyasının növbəti iclasında qərar qəbul olunub.
Belə ki "Naxçıvan Muxtar Respublikasının 2026-cı il büdcəsi haqqında" Naxçıvan Muxtar Respublikasının Qanun layihəsinin üçüncü oxunuşda müzakirəsi zamanı İqtisadi siyasət komitəsinin sədri Emin Şıxəliyev qanun layihəsi barədə məlumat verib, komitənin rəyini diqqətə çatdırıb.
Qanun layihəsi ilə əlaqədar çıxış edən Ali Məclis sədrinin müavini Arzu Abdullayev "Naxçıvan Muxtar Respublikasının 2026-cı il büdcəsi haqqında" qanun layihəsinin Azərbaycanın iqtisadi reallıqlarına və büdcə qanunvericiliyinin tələblərinə cavab verdiyini bildirib, qanun layihəsini yüksək qiymətləndirib.
Yekunda qanun layihəsi üçüncü oxunuşda qəbul olunub.
Qeyd edək ki, ilkin sənəddə 2026-cı ildə Naxçıvan Muxtar Respublikasının büdcəsinin gəlir və xərcləri bərabər olmaqla 483,2 milyon manat proqnozlaşdırılır.
Sənədə əsasən, gəlirlərin 43,8 %-ni və yaxud 211,6 milyon manatını dövlət büdcəsinin mərkəzləşdirilmiş xərclərindən ayrılan dotasiya təşkil edəcək ki, bu da cari illə müqayisədə 74,1 milyon manat və yaxud 25,9 % azdır. Naxçıvanın öz gəliriəri isə cari illə müqayisədə 52,1 milyon manat və yaxud 23,7 % artımla - 271,6 milyon manat proqnozlaşdırılır.
Oxşar xəbərlər
Leyla Əliyeva və Arzu Əliyeva Qaxda Axar-Baxar Milli Parkının açılış mərasimində iştirak ediblər
Leyla Əliyeva, Arzu Əliyeva və Alena Əliyeva Lənkəranda ekoloji aksiyalarda iştirak ediblər
Mehriban Əliyeva Vatikanda Müqəddəs Komodilya katakombalarının bərpası layihəsinin açılışında iştirak edib
Naxçıvanın turizm imkanlarının nümayiş etdirilməsi məqsədilə MEDİATUR
Leyla Əliyeva, Arzu Əliyeva və Alena Əliyeva Lənkəranda fermer təsərrüfatı ilə tanış olublar
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Rəssam Nigar Ağabəylinin "İki dünya arasında" adlı fərdi sərgisi açılıb
-
İraq Saddam Hüseynin təyyarəsini satışa çıxarıb
-
ABŞ-nin Ukrayna üçün təhlükəsizlik zəmanətlərinin şərtləri bəlli olub
-
Leyla Əliyeva Hanoy Ticarət və Turizm Kollecində Bakı guşəsinin açılışından paylaşım edib
-
ABŞ Konqresinin Nümayəndələr Palatasında demokratlar 258 yer qazanıb
-
BMT-nin Baş katibi COP31-dən sonra Türkiyəyə təşəkkür edib













