"Liverpul" serbiyalı hücumçu ilə maraqlanır
Far.Az xəbər saytı

"Liverpul" serbiyalı hücumçu ilə maraqlanır


İngiltərənin "Liverpul" klubu Serbiya millisinin futbolçusu Duşan Vlahoviçlə maraqlanır.

"Report" xəbər verir ki, bu barədə "Fichajes" nəşri məlumat yayıb.

Mersisaydlılar İtaliya təmsilçisi "Yuventus"da çıxış edən 25 yaşlı hücumçunu hazırda zədəli olan Aleksandr İsakın əvəzləyicisi kimi heyətinə qatmağı planlaşdırır.

Vlahoviçin "qoca sinyora" ilə olan müqaviləsinin müddəti cari mövsümün sonunda başa çatacaq.

Qeyd edək ki, futbolçu 2025/2026 mövsümündə "Yuventus"un heyətində bütün turnirlərdə 20 oyuna çıxıb və 8 qol vurub.

Oxşar xəbərlər

SOCAR-ın təşkilatçılığı, "Neftçi" və "Galatasaray" klublarının tərəfdaşlığı ilə şəhid və qazi övladları üçün "Futbol günü" adlı tədbir keçirilib
Azərbaycan boksçuları İslamiadanı 6 medalla başa vurub
İlham Əliyev Ağdamda 2-ci yaşayış kompleksinin açılışında iştirak edib və buraya köçən sakinlərlə görüşüb - YENİLƏNİB
SOCAR "Uniper"lə 2025–2026-cı illər üzrə Əməkdaşlıq Proqramı imzalayıb
"İnter" 20 yaşlı hücumçunu heyətinə qatmağı düşünür

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər