AMB: 7 günlük depozit portfelinin xüsusi çəkisi 87 % olub
Bu il dekabrın 1-nə Azərbaycanda açıq bazar əməliyyatları üzrə sterilizasiya portfelinin tərkibində 7 günlük depozit portfelinin payı 87 % olub.
"Far.Az" bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.
Qurum xatırladıb ki, bu ilin aprel ayından başlayaraq Maliyyə Nazirliyi vahid xəzinə hesabının qalığını kommersiya banklarında depozit şəklində yerləşdirib ki, bu da bank sektorunda likvidliyin avtonom amillər hesabına artımına səbəb olub: "Bu şəraitdə AZIR-ı uçot dərəcəsinə yaxın idarə etmək üçün 7 günlük depozit əməliyyatından başlıca açıq bazar əməliyyatı kimi istifadə edilib.
Pul siyasətinin əməliyyat çərçivəsinin təkmilləşdirilməsi işləri hesabat dövründə də davam etdirilmişdir. Belə ki, qısamüddətli likvidliyi daha effektiv idarə etmək üçün daimi imkan depozit və daimi imkan əks-repo əməliyyatlarının müddəti 1 günlükdən 1 gecəliyə dəyişdirilib, not hərraclarında minimum iştirakçı sayına qoyulan tələb aradan qaldırılıb, sterilizasiyayönümlü açıq bazar əməliyyatı olan 7 günlük repo 7 günlük depozitlə əvəz edilib.
Dövr ərzində AMB banklararası pul bazarında gedən prosesləri və qabaqcıl beynəlxalq təcrübəni təhlil edib. Təhlillərin nəticələrini nəzərə alaraq Avropa Yenidənqurma və İnkişaf Bankının (EBRD) ekspertləri ilə sıx əməkdaşlıq çərçivəsində 2025-ci ilin mayında AZIR indeksinin hesablanmasının daha təkmil qaydaları təsdiq edilib. Bu qayda AZIR-ın istinad dərəcəsi kimi maliyyə bazarı iştirakçıları tərəfindən davamlı istifadəsinə xidmət edir.
Cari ildə EBRD milli valyutada AZIR indeksinə bağlı üzən faizli istiqrazlar yerləşməsinə başlayıb. Bu çərçivədə 50 milyon manatlıq ilk tranş açıq təklif üsulu ilə uğurla yerləşdirilib. Bu, Azərbaycanın maliyyə bazarı üçün böyük nailiyyət olmaqla yanaşı, həm də AZIR indeksinin etibarlı istinad faizi kimi istifadəsinin göstəricisidir.
Pul siyasətinin ötürücülüyünün gücləndirilməsi, xüsusilə də pul bazarlarının inkişafı istiqamətində islahatlar 2025-ci ildə ölkənin beynəlxalq kredit reytinqinin yüksəlməsinə də töhfə verib".
Oxşar xəbərlər
Azərbaycanın maliyyə sektoru 2024-cü ildə - İCMAL
Mərkəzi Bank tərəfindən media nümayəndələri üçün "Kapital bazarlarının əsasları" mövzusunda təlim keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycanda gələn il üzrə pul siyasətinin əməliyyat hədəfləri və alətləri məlum olub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Usman Nurmaqomedov Əbu-Dabidə Merab Dvalişviliyə hücum etdi, cəza gözlənilir
-
Türk İnvestisiya Fondu Türkiyədə ilk maliyyələşdirməni həyata keçirib
-
Azərbaycan qeyri-neft-qaz ixracını 21 %-ə yaxın artırıb
-
Azərbaycan Prezidenti: Gələcəkdə alternativ enerjinin rolu daha da artacaq
-
Mbappe Fransa millisinin oyununu buraxacaq - Zidandan açıqlama
-
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı













