"Ferrari" pilotu Bakıda qəza törətməsinin səbəbini açıqlayıb
"Ferrari" pilotu Şarl Lekler "Formula 1" üzrə Azərbaycan Qran-prisinin birinci sərbəst yürüşündə qəza törətməsinin səbəbini açıqlayıb.
"Report" "Motorsport Week" nəşrinə istinadən xəbər verir ki, 26 yaşlı sürücü sağa dönməzdən əvvəl əyləcə çox bərk basdığını söyləyib.
"Beləliklə, özümü yolun palçıqlı hissəsində tapdım. Sonra təkərləri bağlasam da, çox gec idi. Bu səbəbdən səddə çırpıldım. Həftəsonu üçün yaxşı başlanğıc deyildi. Amma bolidə arxayın idim və heç bir ciddi problem yoxdur", - deyə Ş.Lekler vurğulayıb.
O, ikinci sərbəst yürüşdəki problemlərin qəzanın nəticələri ilə bağlı olmadığını vurğulayıb:
"Sadəcə, avtomobilə quraşdırdığımız yeni hissədə problem yarandı. Bu, sükanda mənə çətinlik yaratdı".
Qeyd edək ki, "Formula 1"də bu gün üçüncü sərbəst yürüş və sıralama turu keçiriləcək.
Oxşar xəbərlər
Azərbaycan Qran-prisi: "Formula 1"də ikinci sərbəst yürüş yekunlaşıb, Lekler birinci olub - YENİLƏNİB
"Formula 1": Bakıda səkkizinci yarış bu gün start götürür
"Formula 1": Azərbaycan Qran-prisinin proqramı dəqiqləşib
“Ferrari”nin rəhbəri: Lekler və Saynsla Bakıda hər şeyi mükəmməl yerinə yetirməyi hədəfləyəcəyik
"Ferrari"nin üzvü "Formula 1" üzrə İtaliya Qran-prisinin qalibi olub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Sumqayıtda futbol oynayarkən halı pisləşən gənc ölüb
-
Qurban Qurbanov Elvin Cəfərquliyevin cəzalandırılmasından danışdı
-
"Axios": Danışıqlarda irəliləyiş olmasa, ABŞ İranla müharibəyə yenidən başlaya bilər
-
"CNN": İran Hörmüzdən keçid üçün pul ödəyən gəmilərə üstünlük verəcək
-
İran Hörmüz boğazını bağladı və yeni şərtlər irəli sürdü
-
Qadın voleybolçuların Yüksək Liqasında mövsümün həlledici görüşləri baş tutacaq













