Türkiyə, Azərbaycan və Pakistan liderlərinin birgə fotosu beynəlxalq ictimaiyyətə həmrəylik MESAJIDIR
Türkiyə, Azərbaycan və Pakistan liderlərinin birgə fotosu beynəlxalq ictimaiyyətə həmrəylik və qardaşlıq mesajı verir.
Bu fikirləri Türkiyənin xarici işlər naziri Hakan Fidan V Antalya Diplomatiya Forumunun yekunlarına dair keçirilən mətbuat konfransında səsləndirib.
Nazir Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Azərbaycan Prezidenti İlham Əliyev və Pakistanın Baş naziri Şahbaz Şərifin birgə fotosu ilə bağlı sualı cavablandırarkən liderlər arasındakı yaxın münasibətlərə diqqət çəkib.
Onun sözlərinə görə, üç ölkə rəhbəri bir-birinə olduqca yaxındır və bu münasibətlər dəfələrlə real addımlarla sübut olunub. Nazir bildirib ki, liderlər eyni zamanda təmsil etdikləri xalqların iradəsini və hisslərini ifadə edirlər.
Hakan Fidan vurğulayıb ki, region ölkələrinin bir araya gələrək problemləri öz aralarında həll etməsi mühüm əhəmiyyət daşıyır. Onun fikrincə, bu cür əməkdaşlıq sülh, sabitlik və qarşılıqlı hörmətə əsaslanan yeni bir mühitin formalaşmasına xidmət edir.
Nazir əlavə edib ki, liderlərin birgə şəkildə nümayiş etdirdiyi bu həmrəylik nümunəsi dünya üçün də mesaj xarakteri daşıyır.
Oxşar xəbərlər
Həyatda yaxşı şeyləri niyə görmürük? - Tanınmış simaların FİKİRLƏRİ
İlham Əliyevin XIII Qlobal Bakı Forumunun açılış mərasimindəki çıxışının TAM MƏTNİ
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycan BP ilə birgə enerji layihələrinin inkişafını müzakirə edib – Yenilənib
-
Almaniyada məlumat sızıntısına görə "Deutsche Bank" barəsində araşdırma başladılıb
-
Macarıstan Xorvatiya vasitəsilə neft tədarükünə dair danışıqlara başlayıb
-
General Natiq Əliyevin qızı ilə bağlı qərar verildi
-
Azərbaycanda ağır qəza - Ölənlərin sayı artır: Həlak olan ata və azyaşlı qızının fotosu
-
Azərbaycan-Türkiyə müttəfiqlik münasibətlərinin cari gündəliyi müzakirə olunub













