Aleksandar Vuçiç İlham Əliyevə zəng edib
Aprelin 19-da Serbiya Respublikasının Prezidenti Aleksandar Vuçiç Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.
Far.Az xəbər verir ki, telefon söhbəti zamanı Azərbaycan Prezidentinin bu ilin fevralında Serbiyaya rəsmi səfəri, dövlət başçılarının iştirakı ilə keçirilmiş Azərbaycan Respublikası və Serbiya Respublikası arasında Strateji Tərəfdaşlıq Şurasının 1-ci iclası məmnunluqla xatırlanıb, səfər çərçivəsində imzalanmış sənədlərin əməkdaşlığın möhkəmləndirilməsi baxımından əhəmiyyəti vurğulanıb.
Azərbaycan və Serbiya prezidentləri ikitərəfli əlaqələrimizin daha da gücləndirilməsi barədə fikir mübadiləsi aparıb, iqtisadi əməkdaşlığın dərinləşdirilməsi, enerji, investisiyalar və hər iki dövlət üçün strateji əhəmiyyət kəsb edən yeni birgə layihələrin daha da inkişaf etdirilməsi ilə bağlı planları müzakirə ediblər.
Serbiyaya göstərdiyi davamlı dəstəyə görə Prezident İlham Əliyevə bir daha minnətdarlıq edən Aleksandar Vuçiç ölkəsinin Azərbaycanla münasibətləri səmimi dostluq, qarşılıqlı hörmət və iqtisadi tərəqqiyə ortaq maraq ruhunda gələcəkdə də inkişaf etdirmək əzmini bir daha vurğulayıb.
Aleksandar Vuçiç bütün bunları ölkələrimiz arasında güclü tərəfdaşlığın və qarşılıqlı etimadın təsdiqi kimi qiymətləndirib. Serbiya Prezidenti gələn ay Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun XIII Sessiyasında iştirak edəcəyini də deyib.
Telefon danışığı zamanı Serbiyanın "Airserbia" şirkətinin mayın 3-nə planlaşdırılan Belqrad-Bakı marşrutu üzrə birbaşa uçuşların həyata keçiriləcəyindən məmnunluq bildirilib, bunun xalqlarımızın yaxınlaşdırılması və iqtisadiyyatlarımızın, o cümlədən turizm potensialının möhkəmləndirilməsi istiqamətində mühüm addım olduğu vurğulanıb.
Dövlət başçıları Yaxın Şərqdəki mövcud vəziyyətlə bağlı fikir mübadiləsi aparıb, regionun təhlükəsizliyi və inkişafı üçün əsas şərtlərdən biri kimi sülhün və sabitliyin bərpasının vacibliyini bir daha qeyd ediblər.
Oxşar xəbərlər
Azərbaycanın və BƏƏ prezidentləri Əbu-Dabidə "Sülh Qalxanı – 2026" birgə əməliyyat-taktiki təlimini izləyiblər
Bişkekdə TDT ölkələri hökumət başçılarının iclası olub, Birgə Bəyanat qəbul edilib
Azərbaycan və BƏƏ prezidentləri Cıdır düzündə Qarabağ atlarının şousunu izləyiblər
İlham Əliyev TDT-yə üzv dövlətlərin hökumət başçılarının görüşünün iştirakçılarını qəbul edib
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
QMİ sədri: Süni intellekt insanı ibadətdə əvəz etməməlidir
-
Bakının bu yollarında hərəkət məhdudlaşdırılacaq
-
Şamil Ayrım: Türkiyəyə qarşı soyqırım iddiasının obyektiv araşdırılması üçün arxivlərin açılması zəruridir
-
Messi Argentina millisinin DÇ-2026 finalında məğlubiyyətinin səbəbini açıqladı
-
İlham Əliyev itkin düşmüş şəxslərlə bağlı Bakıda keçirilən beynəlxalq konfrans iştirakçılarına müraciət edib
-
Messi Argentina millisində son oyununu keçirdi













