Kayrat Sarıbay: AQEM Qadınlar Şurasının əsas məqsədi təcrübə mübadiləsi aparmaqdır
Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) Qadınlar Şurasının əsas məqsədi təşkilat çərçivəsində təcrübə mübadiləsi aparmaqdır.
"Far.Az" xəbər verir ki, bunu AQEM-in Baş katibi Kayrat Sarıbay Bakıda keçirilən AQEM Qadınlar Şurasının ilk iclasına həsr olunmuş mətbuat konfransında bildirib.
O deyib ki, sülh, inkişaf üçün qadının səsi, rolu güclənməlidir: "Şuranın fəaliyyəti üzv dövlətlərin qadınlarla bağlı addımlarının daha yaxşı formalaşmasına kömək edəcək. Demək olar ki, Azərbaycanın təşəbbüsü ilə AQEM-də yeni dövr başlayır".
Baş katib qeyd edib ki, gələcəkdə görülə biləcək işlər, müzakirə olunacaq mövzular çoxdur: "Xüsusilə, cinayətkar qruplarla mübarizə üsulları və bu sahədə təcrübə paylaşımı diqqət mərkəzindədir. Eyni zamanda, Rusiya və Çinin təklif etdiyi informasiya-kommunikasiya texnologiyalarının təhlükəsiz və sağlam istifadəsi ilə bağlı təşəbbüslər mövcuddur".
K.Sarıbay xatırladıb ki, bu il iyul ayında Birləşmiş Millətlər Təşkilatı nəzdində könüllü sərginin keçirilməsi planlaşdırılır: "Bundan əlavə, terrorizmlə mübarizə sahəsində də konkret fəaliyyət planımız var və bu planın AQEM çərçivəsində necə tətbiq ediləcəyi müəyyənləşdirilib".
Oxşar xəbərlər
Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Kayrat Sarıbay Azərbaycanın AQEM-də liderliyini yüksək qiymətləndirib - YENİLƏNİB
İlham Əliyev Vaşinqtonda Sülh Şurasının ilk iclasında iştirak edib
Şəhid analarının iştirakı ilə Vətən müharibəsində Zəfərin 5 illiyinə həsr olunmuş tədbir keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycan millisinin futbolçusu Lorenzo Mezzoteronun zədəsi ciddidir?
-
COP31 çərçivəsində Xəzərin külək potensialının investisiya imkanları təqdim edilib
-
ABŞ ordusu Ukraynanın dron təcrübəsindən yararlanır
-
AFFA Region Liqasına yeni formatda start verilib
-
"İpək Yolu Sığorta" maliyyə vəziyyətini açıqlayıb
-
Qubada avtomobil aşıb, ölən və yaralılar var













