Kəlbəcərdə dəhşətli QƏZA: Yük maşını dərəyə aşdı, iki nəfər öldü
Far.Az xəbər saytı

Kəlbəcərdə dəhşətli QƏZA: Yük maşını dərəyə aşdı, iki nəfər öldü


Gəncə Ağır Cinayətlər Məhkəməsi Kəlbəcər rayonunda baş vermiş ağır yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işinə baxaraq hökm çıxarıb.

Far.Az-in məlumatına görə, hadisə 18 mart 2025-ci il tarixində səhər saatlarında Göygöl–Kəlbəcər avtomobil yolunun Qamışlı kəndi ərazisində qeydə alınıb.

Elnur Əliyev (ad və soyad şərtidir) işlədiyi müəssisəyə məxsus SCANIA R420 markalı yük avtomobilini idarə edərkən nəqliyyat vasitəsinə nəzarəti itirib və maşın dərəyə aşıb.

Qəza nəticəsində avtomobildə sərnişin qismində olan iki nəfər ağır xəsarətlər alıb. Onlardan biri hadisə yerində, digəri isə xəstəxanada həyatını itirib. Məhkəmə-tibbi ekspertiza ölən şəxslərin çoxsaylı ağır bədən xəsarətləri, o cümlədən baş-beyin travmaları və daxili orqan zədələnmələri aldığını təsdiqləyib.

Məhkəmədə ifadə verən sürücü özünü təqsirli bilib, peşman olduğunu deyib və avtomobildə texniki problem olduğunu iddia edib. Lakin aparılan texniki ekspertiza yük avtomobilinin saz vəziyyətdə olduğunu, qəzanın əsas səbəbinin sürücünün diqqətsizliyi və sürət həddini düzgün seçməməsi ilə bağlı olduğunu müəyyən edib.

Zərərçəkmiş tərəflərdən birinin hüquqi varisi sürücü ilə barışdığını bildirərək şikayətini geri götürsə də, digər hüquqi varis cəzanın təyin edilməsini tələb edib.

Məhkəmə hökm çıxararkən təqsirləndirilənin əvvəllər məhkum olunmamasını, iki azyaşlı övladının olmasını, cinayəti ehtiyatsızlıqdan törətməsini və qismən barışığın əldə olunmasını yüngülləşdirici hallar kimi qiymətləndirib. Ağırlaşdırıcı hal müəyyən edilməyib.

Məhkəmənin qərarına əsasən, 1988-ci il təvəllüdlü, Şirvan şəhər sakini Elnur Əliyev yol hərəkəti qaydalarını pozmaqla ehtiyatsızlıqdan iki nəfərin ölümünə səbəb olmaqda təqsirli bilinib. O, 6 il 6 ay müddətinə azadlıqdan məhrum edilib və 3 il müddətinə nəqliyyat vasitəsi idarə etmək hüququndan məhrum olunub. Cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkiləcək.

Oxşar xəbərlər

Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Azərbaycanda ağır yol QƏZASI: İki yük maşını toqquşdu, sürücülərdən biri öldü
Azərbaycanda ağır yol QƏASI: İki yük maşını toqquşdu, sürücülərdən biri öldü
Horadiz–Cəbrayıl–Zəngilan–Ağbənd yolunun tikintisi 95 % icra olunub
Pirşağı–Novxanı–Xırdalan–M4 avtomobil yolunun tikintisi layihəsinin 51 %-i icra edilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər