Göygöldə mikroavtobusla minik avtomobili toqquşub, xəsarət alanlar var
Far.Az xəbər saytı

Göygöldə mikroavtobusla minik avtomobili toqquşub, xəsarət alanlar var


Göygöldə baş vermiş yol-nəqliyyat hadisəsi 3 nəfərin xəsarət alması ilə nəticələnib.

Far.Az APA-ya istinadən xəbər verir ki, hadisə Gəncə-Daşkəsən yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, hərəkətdə olan QAZ-3110 ilə "Mercedes Vito" markalı mikroavtobus toqquşub.

Qəza nəticəsində 1977-ci il təvəllüdlü F.Quliyev, 1982-ci il təvəllüdlü K.İsmayılova və 1977-ci il təvəllüdlü Z.Huseynova xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Hadisə yerinə polis əməkdaşları cəlb ediliblər. Faktla bağlı araşdırma aparılır.

Oxşar xəbərlər

Horadiz–Cəbrayıl–Zəngilan–Ağbənd yolunun tikintisi 95 % icra olunub
Dövlət qurumlarına məxsus nəqliyyat vasitələri satışa çıxarılır - SİYAHI
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Bakı-Qazax yolunun Yevlaxdan keçən hissəsində tikinti və yenidənqurma işləri yekunlaşıb
Pirşağı–Novxanı–Xırdalan–M4 avtomobil yolunun tikintisi layihəsinin 51 %-i icra edilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər