Çempion cüdoçular şəhid övladları üçün qış düşərgəsinin iştirakçıları ilə görüşüblər
Azərbaycan Cüdo Federasiyasının rəhbərliyi, həmçinin çempion cüdoçular Şabran rayonunda VII "Qardaşlaşmış Qarabağ Məktəbləri" Qış düşərgəsinin iştirakçıları ilə görüşüblər.
"Far.Az" xəbər verir ki, görüşdə Azərbaycan Cüdo Federasiyasının vitse-prezidenti, cüdo üzrə Olimpiya və ikiqat Avropa çempionu, dünya çempionatının mükafatçısı Elnur Məmmədli, Azərbaycan Cüdo Veteranları Assosiasiyasının prezidenti, "Judo Club 2012" İctimai Birliyinin sədri Azər Əsgərov, olimpiya, dünya və dördqat Avropa çempionu Hidayət Heydərov, Avropa çempionları Rüstəm Orucov və Orxan Səfərov, eləcə də digər rəsmi nümayəndələr iştirak ediblər.
"Zəfər" Şəhid Ailələrinə Dəstək İctimai Birliyi, Azərbaycanlıların İsveçrədəki Mədəniyyət Mərkəzi və Fransanın Nant şəhərində fəaliyyət göstərən "Həftəsonu Qarabağ Məktəbi"nin birgə təşkilatçılığı, Azərbaycan Diasporuna Dəstək Fondunun dəstəyi ilə təşkil olunan tədbirdə çempionlar düşərgə iştirakçıları ilə səmimi söhbət aparıb, öz həyat və idman yoluna dair təcrübələrini bölüşüb, onları məqsədyönlü və əzmkar olmağa çağırıblar.
Görüş çərçivəsində düşərgə iştirakçısı olan yeniyetmə cüdoçu, Vətən Müharibəsi Qəhrəmanı, şəhid XTQ baş giziri Mehrab Niftəliyevin qızı, Respublika və Sumqayıt şəhər birincisi Ləman Niftəliyevaya çempion cüdoçular tərəfindən kimono hədiyyə olunub. Olimpiya çempionlarından bu hədiyyəni almaq Ləman üçün yaddaqalan, unudulmaz anlardan biri olub və görüş zamanı duyğusal anlar yaşanıb.
Sonda görüşün təşəbbüskarı olan "Judo Club 2012" İctimai Birliyinin sədri Azər Əsgərov tərəfindən bütün düşərgə iştirakçılarına xatirə hədiyyələri təqdim edilib.
Qeyd edək ki, "Shabran Wellbeing Resort" İstirahət və Sağlamlıq Mərkəzində Fransanın Nant şəhərində fəaliyyət göstərən "Həftəsonu Qarabağ Məktəbi"nin şagirdləri ilə Vətənimizin ərazi bütövlüyü uğrunda canlarından keçən qəhrəman şəhidlərimizin məktəbli övladlarının iştirakı ilə keçirilən düşərgə ərzində müxtəlif maarifləndirici təlimlər, intellektual oyunlar, mədəni və idman tədbirləri təşkil olunur. Düşərgənin ikinci mərhələsinin 2026-cı ilin yay aylarında Fransada keçirilməsi planlaşdırılır.
Oxşar xəbərlər
SOCAR-ın təşkilatçılığı, "Neftçi" və "Galatasaray" klublarının tərəfdaşlığı ilə şəhid və qazi övladları üçün "Futbol günü" adlı tədbir keçirilib
Heydər Əliyev Fondunun dəstəyi ilə alınan musiqi alətlərinin təqdimatı olub
Bakıda Zəfər muzeyinin açılışı olub
Prezident İlham Əliyev Xankəndi şəhərində Zəfər parkının açılışında iştirak edib
Hidayət Heydərov VI İslam Həmrəyliyi oyunlarında yarımfinala yüksəlib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Əhaliyə SEVİNDİRİCİ XƏBƏR - 1.1 milyon insanın pensiyası bu faizlə artacaq
-
Ağdaşın bir sıra ərazilərində qaz kəsilib
-
Göygöldə 37 yaşlı kişini bıçaqlamaqda şübhəli bilinən şəxs saxlanılıb
-
Qurban Qurbanov: "Futbolçuların məsuliyyətindən və matça yanaşmasından razı qaldım"
-
"Nəvələrim dedi, Prezidentlə şəkil çəkdir, başımızın üstündən asaq"
-
Paraqvay Prezidenti impiçment nəticəsində vəzifəsindən uzaqlaşdırılıb













