AAYDA İdarə Heyətinin 2026-cı ilin III rübünün yekunlarına həsr olunmuş iclası keçirilib
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyində (AAYDA) İdarə Heyətinin 2026-cı ilin III rübünün yekunlarına və qarşıdakı dövr üzrə prioritet vəzifələrə həsr olunmuş onlayn iclası keçirilib.
AAYDA-dan "Far.Az"a bildirilib ki, iclasda cari ilin iyul–sentyabr ayları ərzində avtomobil yollarının tikintisi, yenidən qurulması və təmiri istiqamətində görülən işlər, infrastruktur layihələrinin icra vəziyyəti, tikinti keyfiyyətinə nəzarət, yol hərəkəti təhlükəsizliyi və dövlət proqramlarından irəli gələn tapşırıqların icrası müzakirə olunub.
Aidiyyəti struktur bölmələrin rəhbərləri fəaliyyət istiqamətləri üzrə hesabatlarla çıxış edərək görülmüş işlər, əldə olunan nəticələr və qarşıdakı dövr üçün nəzərdə tutulan tədbirlər barədə məlumat veriblər.
Agentliyin İdarə Heyətinin sədri Vüsal Nəsirli çıxışında Qarabağ və Şərqi Zəngəzurda Böyük Qayıdışa dair Dövlət Proqramı çərçivəsində həyata keçirilən yol infrastrukturu layihələrinin əsas prioritetlərdən olduğunu vurğulayıb. Sədr həmçinin paytaxtda və ölkənin digər bölgələrində aparılan yol tikintisi, yenidənqurma və təmir işlərinin vaxtında və keyfiyyətlə icrasının, mövcud resurslardan səmərəli istifadənin və layihələrə nəzarətin gücləndirilməsinin vacibliyini diqqətə çatdırıb.
İclasda agentlikdə həyata keçirilən struktur və institusional islahatlar, idarəetmənin təkmilləşdirilməsi, rəqəmsal həllərin tətbiqi, kadr potensialının gücləndirilməsi və vətəndaş məmnunluğunun artırılması məsələlərinə də toxunulub.
Sonda ilin son rübü üzrə prioritet fəaliyyət istiqamətləri müəyyənləşdirilib, nəzərdə tutulan işlərin vaxtında və keyfiyyətlə yerinə yetirilməsi ilə bağlı aidiyyəti struktur bölmələrin rəhbərlərinə müvafiq tapşırıqlar verilib.
Oxşar xəbərlər
Prezident İlham Əliyev Bakı Olimpiya Stadionunun ərazisində WUF13 ilə bağlı görülən işlərlə tanış olub
İlham Əliyev Xocavəndin Xanoba kəndində fərdi evlərin və infrastrukturun bərpası sahəsində görülən işlərlə tanış olub
Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Prezident İlham Əliyev Şuşanın Böyük Qaladərəsi kəndində görülən işlərlə tanış olub, sakinlərlə görüşüb
Horadiz–Cəbrayıl–Zəngilan–Ağbənd yolunun tikintisi 95 % icra olunub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bakıda və Abşeron yarımadasında tozlu hava hökm sürür
-
FHN Gəncə Dövlət Filarmoniyasında təlim keçirib
-
Bahar Muradova Ağdamda vətəndaşları qəbul edib
-
Balakəndə "Həmkardan həmkara qayğı ilə" sosial layihəsi çərçivəsində 574 sakin ödənişsiz tibbi müayinədən keçib
-
Bakıda və Abşeronda hava iki gün tozlu olacaq
-
Azərbaycan və Qazaxıstan prezidentləri Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin açılışını ediblər













