Biləsuvardakı qəzada ölənlərin kimliyi məlum olub - YENİLƏNİB-2
Far.Az xəbər saytı

Biləsuvardakı qəzada ölənlərin kimliyi məlum olub - YENİLƏNİB-2


Biləsuvar rayonunda baş verən yol-nəqliyyat hadisəsi nəticəsində ölənlərin şəxsiyyəti məlum olub.

"Far.Az"un Muğan bürosunun məlumatına görə, ölənlər 1993-cü il təvəllüdlü Aytac Rüstəmli və 2003-cü il təvəllüdlü Aynur Rüstəmovadır.

Onların bacı olduğu bildirilir.

Qeyd edək ki, F.Rüstəmovanın idarə etdiyi "Lexus" markalı minik avtomobili idarəetmənin itirilməsi nəticəsində su kanalına aşıb.

Biləsuvar rayonunda baş verən yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alan 4 nəfərin vəziyyəti açıqlanıb.

"Far.Az"un Muğan bürosunun sorğusuna cavab olaraq TƏBİB-dən bildirilib ki, dekabrın 27-si, saat 17:00 radələrində yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alan 4 nəfər (qadın) Biləsuvar Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

Hazırda pasiyentlərin müalicəsi tibb müəssisəsində davam etdirilir. Vəziyyətləri ağır olaraq qiymətləndirilir.

Qeyd edək ki, hadisə nəticəsində 2 nəfərin həkiməqədər ölüm faktı qeydə alınıb.

Biləsuvar rayonunda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

"Far.Az"un Muğan bürosunun məlumatına görə, minik avtomobili Cənubi Muğan kanalının rayondan keçən hissəsinə düşüb.

Nəticədə 2 nəfər ölüb, 4 nəfər xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.

Oxşar xəbərlər

Azərbaycanda qan banklarının siyahısı yenilənib
Amnistiya aktı məntəqə tipli cəzaçəkmə müəssisəsində icra olunub
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Dövlət qurumlarına məxsus nəqliyyat vasitələri satışa çıxarılır - SİYAHI
"Sədərək"də baş verən yanğında xəsarət alanların sayı 13 nəfərə çatdı - TƏBİB

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər