Salyanda kişi qısqanc sevgilisini döyüb dişlədi
Salyanda kişi onu qısqanan sevgilisini dişləyib.
Far.Az Lent.az-a istinadən xəbər verir ki, hadisə Qaraçala qəsəbəsində baş verib.
İttiham aktına görə, qəsəbə sakini olan qadın sevgilisi, 32 yaşlı Elgün Muradovu (ad və soyad şərtidir) qısqanıb.
Belə ki, o, Elgünə dəfələrlə zəng etsə də, əlaqə saxlaya bilməyib və onun başqa qızlarla danışdığını düşünüb. Bunu Elgünə bildirəndə sevgililər arasında mübahisə düşüb.
Sevgilisinin evində yaranan mübahisə zamanı Elgün qadının baş və bədəninin digər nahiyələrinə əl ilə zərbələr vurub. Amma Elgünün əsəbi soyumayıb və zərərçəkənin qolundan da 2 dəfə dişləyib.
Qadının polisə şikayəti əsasında Elgün saxlanılıb və barəsində cinayət işi açılıb.
Təqsirləndirilən şəxs əməlindən peşman olduğunu və zərərçəkənlə barışdığını bildirib. Zərərçəkən qadın da Elgün Muradova qarşı şikayət və ya tələbinin olmadığını deyib.
Salyan Rayon Məhkəməsinin qərarı ilə Elgün Muradova 1 il 11 ay 6 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası verilib.
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Həyatda yaxşı şeyləri niyə görmürük? - Tanınmış simaların FİKİRLƏRİ
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Lənkəranda qandonduran HADİSƏ – Ana isti qaşıqla 3 yaşlı qızının qolunu DAĞLADI
MAXE-dən dəhşətli hərəkət: dörd qadını yatağa saldı, pullarını aldı, onları videoya çəkdi – TƏFƏRRÜAT
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Lənkəran, Astara, Masallı, Lerik və Yardımlıda Zəfər Günü qeyd edilib
-
Ölkə ərazisinin əksər yerlərində hava yağıntılıdır - Faktiki hava
-
Azərbaycan Prezidenti: 44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi
-
Mehriban Əliyevaya: Qoy Azərbaycanda həmişə sülh və əmin-amanlıq hökm sürsün
-
Los-Ancelesdə avtomobil piyadaların üzərinə sürülüb, 8 nəfər yaralanıb
-
“Böyük Qayıdış” Gənclər Təşkilatı tərəfindən 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbirlər keçirilib













