"Liverpul" Salahın əvəzləyicisini "Real"da tapıb
Far.Az xəbər saytı

"Liverpul" Salahın əvəzləyicisini "Real"da tapıb


İngiltərənin "Liverpul" klubu İspaniya təmsilçisi "Real"ın (Madrid) braziliyalı hücumçusu Rodriqo üçün rəsmi təklif göndərməyə yaxındır.

"Far.Az" "Defensa Central" nəşrinə istinadən xəbər verir ki, mersisaydlılar 24 yaşlı oyunçunu transfer etmək üçün 50–60 milyon avro ödəməyə hazırdırlar.

Məhəmməd Salahın Premyer Liqa təmsilçisindəki gələcəyi qeyri-müəyyənlik doğurduğundan rəhbərlik indidən yeni futbolçu ilə danışıqlara başlamağı məqbul hesab edir.

Qeyd edək ki, Rodriqo "Real"ın heyətində cari mövsüm bütün turnirlərdə 21 oyunda iştirak edib, 2 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.

Onun "kral klubu" ilə müqaviləsinin müddəti 2028-ci ilin yayına qədərdir.

Oxşar xəbərlər

İlham Əliyev Şeyx Məhəmməd bin Zayed Al Nəhyana Qarabağ atı hədiyyə edib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
İlham Əliyev Ağdamda 2-ci yaşayış kompleksinin açılışında iştirak edib
Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər