Tam Yeni Audi A6 modelləri Azərbaycanda!
Audi Azərbaycan rəsmi olaraq Tam Yeni Audi A6 modellərinin artıq satışa çıxmasını elan edir. Yeni nəsil A6 Sedan öz sinfində aerodinamik effektivliyi, müasir dizaynı və yüksək səviyyəli komfortu ilə seçilir, həmçinin premium biznes sedan seqmentində texnoloji yenilikləri təcəssüm etdirir.
Yeni Audi A6 - dizayn və funksionallığın mükəmməl harmoniyası
Tam Yeni Audi A6 Sedan zərif və təsirli dizayn xətlərlə yaradılıb. Avtomobil estetik görünüş ilə funksionallığı birləşdirərək sinfində yeni standartlar müəyyən edir. Onun hava müqavimət dəyəri (Cd) yalnız 0.23 olmaqla, Audi tarixində yanacaq mühərrikli istehsal modelində ən aşağı aerodinamik dəyərdir, bu da daha yaxşı yanacaq səmərəliliyi və səssiz sürüş rahatlığı təmin edir.
Yeni A6 modellərində:
· Müasir Premium Platform Combustion (PPC) arxitekturası əsasında inkişaf etdirilmiş daha dinamik və olduqca səmərəli gövdəyə və mühərrikə sahibdir.
· Dizayn elementləri - geniş Singleframe radiator barmaqlığı, zərif xətlər və dinamik konturlar, həm xarici, həm də daxili estetikanı prioritet edir.
· Geniş multimedia və avadanlıq paketləri - rəqəmsal panel, yüksək səviyyəli infotainment sistemləri və müasir sürücü assistenti texnologiyaları ilə təchiz edilib.
Tam Yeni Audi A6 – Maksimal Komfort və Zəngin Opsiyalar.
Xarici avadanlıqlar və təhlükəsizlik:
· 360° görüntü kameralar, arxa və ön parklanma sensorları
· Parkinq sistemi
· LED faralar və LED arxa işıqlar
· Matrix funksiyası ilə qabaq işıqlar
· Fara təmizləmə sistemi
· Təkər təzyiq itkisi göstəricisi
· ISOFIX uşaq oturacağı bağlantısı
· Elektriklə işləyən uşaq təhlükəsizlik kilidi
· Sürət məhdudlaşdırıcısı
· Adaptiv kruiz-kontrol
· Yan hava yastıqları + ön hava yastıqları
· Sürücünün diqqət və yorğunluq monitoru
Komfort və daxili avadanlıqlar:
· 4 zonalı lüks avtomatik kondisioner (İqlim nəzarəti paketi plus)
· Elektroxomit panoramik şüşə dam (dəyişdirilə bilən şəffaflıq)
· Smartfon interfeysi & Wireless Charging (naqilsiz şarj)
· MMI experience pro multimedia sistemi
· Bang & Olufsen 3D Premium səs sistemi
· Çoxfunksiyalı kamera ilə iki oxlu dəri sükan
· Ön oturacaqlar üçün 4 istiqamətli bel dəstəyi
· Elektriklə tənzimlənən ön oturacaqlar
· Oturacaq qızdırıcısı
· Sürücü oturacağı və güzgülər üçün yaddaş funksiyası
· Baqaj qapağı elektriklə açılıb-bağlanır
· Alüminium görünüşlü daxili bəzək detalları
Digər xarici görünüş və çalarlar:
· Kuzov rəngində dam və xarici güzgü korpusları
· LED proyeksiya işığı xarici güzgülərdə
· Audi Sport diskləri 8.5J x 21, 255/35 R21 təkərlər
Digər faydalı funksiyalar:
· Açarsız daxilolma (keyless entry)
· İngilis dilində istifadəçi təlimatı
· Xəbərdarlıq üçbucağı və ilk yardım dəsti
Əlaqə və Əlavə Məlumat:
Audi Azərbaycan
Babək prospekti 43A, Bakı
*2299
Qalereya
Oxşar xəbərlər
Həyatda yaxşı şeyləri niyə görmürük? - Tanınmış simaların FİKİRLƏRİ
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
40 yaşında parkda donaraq ölən "Yeşilçam" aktyorunun təsirli HƏYAT HEKAYƏSİ
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Almaniya kansleri Trampı yox, ABŞ-ni üstün tutur
-
Qaraheybət təlim mərkəzində bədbəxt hadisə
-
"Axios": ABŞ hərbçiləri ticarət gəmilərini Hörmüz boğazında müşayiət etməyəcək
-
Mərakeş Amerika hərbçilərinin itməsini terrorla əlaqəli olmadığını bildirib
-
Bakıda həftənin ilk günündə sıxlıq olan yollar açıqlanıb
-
"Space" televiziyasına yeni baş direktor TƏYİN EDİLDİ













