İran Mərkəzi Bankının sədri milli valyutanın zəifləməsi fonunda istefa verib
Far.Az xəbər saytı

İran Mərkəzi Bankının sədri milli valyutanın zəifləməsi fonunda istefa verib


İran Mərkəzi Bankının sədri Məhəmməd Fərzin milli valyutanın ciddi zəifləməsi fonunda istefa verib.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə "Nour News" agentliyi Prezident Administrasiyasının ictimaiyyətlə əlaqələr üzrə rəhbərinin müavini Məhəmməd Mehdi Təbatəbaiyə istinadən məlumat yayıb.

O bildirib ki, İran Prezidenti Məsud Pezeşkianın Fərzinin ərizəsini qəbul edəcəyi gözlənilir.

"Mərkəzi Bankın sədri istefa verib və prezident bununla razılaşa bilər", - o deyib.

Eyni zamanda, İran Mərkəzi Bankının mətbuat xidmətinin rəhbəri Mustafa Qəməri Vəfa "Fars" agentliyinə müsahibəsində bildirib ki, Fərzinin istefası məsələsi yeni bir şey deyil. Onun sözlərinə görə, Mərkəzi Bankda lazımi müzakirələr aparılır və onların nəticələri daha sonra ictimaiyyətə təqdim olunacaq.

Qeyd edək ki, İran rialının məzənnəsinin kəskin düşməsi səbəbindən sahibkarlar bu gün Tehranın mərkəzində etiraz aksiyalarına başlayıblar. "Fars" agentliyinin məlumatına görə, etirazçılar həmkarlarını mağazaları bağlamağa və hərəkata qoşulmağa çağırıblar.

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Milli Məclisin parlamentlərarası əlaqələr üzrə işçi qruplarına rəhbərlər seçilib - SİYAHI
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Heydər Əliyev Mərkəzində "ART Weekend" festivalının rəsmi açılışı olub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər