Yeni Klinikada 90 yaşlı pasiyent üzərində yüksək riskli əməliyyat uğurla icra edilib
Yeni Klinikaya sol bud-çanaq nahiyəsində bud sümüyünün burmalar səviyyəsində yerdəyişmiş sınığı diaqnozu ilə müraciət edən 90 yaşlı qadın pasiyent üzərində uğurlu cərrahi əməliyyat icra olunub.
BAKU.WS xəbər verir ki, bu barədə Yeni Klinika məlumat yayıb.
Bildirilib ki, anestezioloq-reanimatoloq Lalə Əliyeva və komandasının iştirakı ilə həkim-travmatoloq Tural Behbudsoy tərəfindən Xidmətlər Zərfi çərçivəsində bud sümüyünün qapalı reduksiyası və daxili fiksasiya implantı (PFNA) ilə fiksasiyası əməliyyatı icra olunub.
Pasiyentin yaşı və mövcud yanaşı xəstəlikləri əməliyyatın yüksək risk daşımasına səbəb olsa da, cərrahi müdaxilə peşəkar tibbi komanda tərəfindən uğurla həyata keçirilib.
Əməliyyatdan sonrakı dövrdə pasiyentin vəziyyəti stabil qiymətləndirilib və əməliyyatdan bir gün sonra aktivləşdirilərək erkən reabilitasiya mərhələsinə başlanılıb.
Qalereya
Oxşar xəbərlər
Leyla Əliyeva, Arzu Əliyeva və Alyona Əliyeva "Təmiz Dünya" sığınacağındakı uşaqların bayram sevincinə şərik olublar
Leyla Əliyeva və Alyona Əliyeva mükafatlandırma mərasimində iştirak ediblər
Leyla Əliyeva, Arzu Əliyeva və Alena Əliyeva Lənkəranda ekoloji aksiyalarda iştirak ediblər
Leyla Əliyeva və Arzu Əliyeva Qaxda Axar-Baxar Milli Parkının açılış mərasimində iştirak ediblər
Yeni Klinikada Yeni Robotik Reabilitasiya və Sümük İliyi Transplantasiyası mərkəzlərinin açılışı olub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Bitcoin" və "Ethereum" kəskin ucuzlaşıb
-
ABŞ-də ölkə üzrə aviareyslərin dayanmasının detalları məlum olub
-
İstanbul hava limanında sərnişinin baqajından 12,8 kq narkotik aşkarlanıb
-
Aleksandar Vuçiç Serbiya parlamentində fraksiya rəhbəri seçilib
-
"SpaceX" ilk dəfə orbital uçuşdan sonra "Starship" gəmisini uğurla tutub
-
Bəhrəmtəpə hidroqovşağında təmirə görə İmişlidə suarma kanallarına suyun verilməsi dayandırılacaq













