Dünya Bankı ilk dəfə Azərbaycanı "B-Ready" hesabatı üzrə qiymətləndirib
Far.Az xəbər saytı

Dünya Bankı ilk dəfə Azərbaycanı "B-Ready" hesabatı üzrə qiymətləndirib


Dünya Bankı yeni "Business Ready-2025" (B-Ready, "Biznesə daxilolma") hesabatı çərçivəsində ilk dəfə olaraq Azərbaycanı qiymətləndirib.

"Report" Dünya Bankına istinadən xəbər verir ki, 101 iqtisadiyyatı əhatə edən tədqiqatda biznes və investisiya mühiti üç əsas göstərici üzrə dəyərləndirilib: normativ-hüquqi baza, dövlət xidmətləri və əməliyyat səmərəliliyi. Bununla yanaşı, tematik istiqamətlər üzrə orta göstəricilər də müəyyən edilib.

Normativ-hüquqi baza göstəricisi üzrə Azərbaycan 71,92 bal toplayaraq 32-ci yerdə qərarlaşıb. Bu istiqamətdə ölkə ən yüksək nəticələri maliyyə xidmətləri (94,1 bal) və kommunal infrastruktur (83,6 bal) sahələrində göstərib.

Müəssisələrin yaradılması (74,2 bal), mübahisələrin həlli (74,7 bal) və biznesin iflası (70,8 bal) sahələrində nisbətən sabit göstəricilər qeydə alınıb.

Beynəlxalq ticarət (64,5 bal), vergitutma (66,7 bal), əmək resursları (68,1 bal) və bazar rəqabəti (52 bal) üzrə isə daha mülayim nəticələr müşahidə olunub.

Dövlət xidmətləri göstəricisi üzrə Azərbaycan 62,7 bal toplayaraq 40-cı yeri tutub. Ən yaxşı nəticələr müəssisələrin yaradılması (87,2 bal) və maliyyə xidmətləri (89,8 bal) sahələrində qeydə alınıb.

Bununla yanaşı, beynəlxalq ticarət (49,2 bal), bazar rəqabəti (38,8 bal) və biznesin iflası (37,5 bal) istiqamətlərində nisbətən aşağı göstəricilər qeydə alınıb.

Əməliyyat səmərəliliyi göstəricisi üzrə Azərbaycan 63,3 bal toplayaraq 42-ci yerdə qərarlaşıb. Bu blokda xüsusilə müəssisələrin yaradılması prosedurları (96,7 bal), biznesin yerləşməsi (85,9 bal) və kommunal xidmətlər (87,9 bal) yüksək qiymətləndirilib.

Eyni zamanda, beynəlxalq ticarət (48,5 bal), bazar rəqabəti (45,3 bal) və əmək resursları (57,3 bal) üzrə göstəricilər zəif olaraq qalıb. Biznesin iflası isə bu istiqamətdə sıfır balla qiymətləndirilib.

Ümumilikdə, Azərbaycan bütün tematik istiqamətlər üzrə ən yüksək nəticələri müəssisələrin yaradılması (86 bal), maliyyə xidmətləri (87,2 bal) və kommunal xidmətlər (83 bal) sahələrində göstərib.

Vergitutma (67,8 bal), mübahisələrin həlli (65,3 bal), əmək ehtiyatları (64 bal) və beynəlxalq ticarət (54,1 bal) üzrə nisbətən mötədil göstəricilər qeydə alınıb.

Bazar rəqabəti (45,3 bal) və biznesin iflası (36,1 bal) isə hesabatda ən problemli istiqamətlər kimi qiymətləndirilib.

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib
AIFC-nin idarəedici direktoru: “Azərbaycan "yaşıl maliyyələşmə" üzrə regional liderə çevrilə bilər” - MÜSAHİBƏ

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər