Zaporojye AES-nin ehtiyat xətt üzrə elektrik təchizatı bərpa edilib
Far.Az xəbər saytı

Zaporojye AES-nin ehtiyat xətt üzrə elektrik təchizatı bərpa edilib


Zaporojye Atom Elektrik Stansiyasının (AES) "Ferrosplav-1" 330 kV-luq ehtiyat xətti ilə elektrik təchizatı bərpa edilib.

"Report" "İnterfaks-Rusiya"ya istinadən xəbər verir ki, bunu stansiyanın nümayəndələri bildiriblər.

"Zaporojye Atom Elektrik Stansiyasında atom və istilik stansiyalarının açıq paylayıcı qurğusu arasında rabitə xəttinin bərpası işləri tamamlanıb. Xətt Ukrayna Silahlı Qüvvələrinin atəş təsiri nəticəsində zədələnib, bu da "Ferrosplav-1" elektrik ötürücü xəttindən stansiyaya gərginlik verilməsinin dayandırılmasına səbəb olub", - məlumatda deyilir.

Stansiyaya "Ferrosplav-1" xətti ilə elektrik enerjisinin ötürülməsinin atəş nəticəsində dayandırılması dekabrın 16-da məlum olub. Təmir işləri Zaporojye AES və "Rosset" mütəxəssisləri tərəfindən Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin inspektorlarının iştirakı ilə aparılıb.

Zaporojye AES nümayəndəsinin məlumatına görə, təmir işlərinin aparılması stansiya ərazisində atəşkəs rejiminin qorunması ilə bağlı müvafiq razılaşmalara nail olunduqdan sonra mümkün olub.

"Stansiyada vəziyyət tam nəzarət altındadır. Radiasiya fonu normadadır və təbii dəyərlərə uyğundur", - məlumatda vurğulanıb.

Oxşar xəbərlər

Mərkəzi Bank tərəfindən media nümayəndələri üçün "Kapital bazarlarının əsasları" mövzusunda təlim keçirilib
Azərbaycanda Energetiklər Günü qeyd olunur
Şəhid analarının iştirakı ilə Vətən müharibəsində Zəfərin 5 illiyinə həsr olunmuş tədbir keçirilib
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Rusiya və Ukrayna Zaporojye AES-in təmiri üçün lokal atəşkəs əldə edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər