İran ABŞ-ni "dövlət piratçılığında" ittiham edib
Rəsmi Tehran, İran nefti daşıyan iki kommersiya gəmisini ələ keçirdikdən sonra ABŞ-ı təcavüzkarlıqda və "dövlət piratçılığında" ittiham edib.
"Report"un məlumatına görə, bu barədə İranın BMT-dəki daimi nümayəndəsi Əmir Səid İrəvaninin Təhlükəsizlik Şurasına göndərdiyi məktubda bildirilir. Tehranın məlumatına görə, ABŞ tərəfi təxminən 3,8 milyon barel İran nefti daşıyan Majestic və Tifani gəmilərini ələ keçirib.
Məktubda qeyd olunur ki, ABŞ-ın hərəkətləri beynəlxalq dənizçilik qanunlarını pozur, naviqasiya təhlükəsizliyini təhdid edir və regionda gərginliyi artırır.
İran tərəfi bildirib ki, bu cür hərəkətlər mahiyyət etibarilə "dövlət piratçılığı"na bərabərdir və ABŞ-ın daxili hüquqi prosedurları ilə haqlı sayıla bilməz.
Tehran həmçinin Kolumbiya Dairəsi üzrə ABŞ prokuroru Cinin Pirronun 27 aprel tarixli X sosial media platformasında paylaşdığı paylaşıma istinad edərək bunu gəmilərin ələ keçirilməsinin təsdiqi kimi şərh edib.
İran BMT Təhlükəsizlik Şurasını hadisəyə reaksiya verməyə çağırıb və beynəlxalq hüquq çərçivəsində cavab tədbirləri görmək hüququnu özündə saxladığını bildirib.
Oxşar xəbərlər
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
VII çağırış Milli Məclisin deputatları - SİYAHI
Milli Məclisə seçkilərdə lider namizədlərin adları açıqlanıb - YENİLƏNİB
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda "birbaşa gömrük təmsilçiliyi" imkanları artırılır
-
Bank kartları necə oğurlanır? - Ən təhlükəli üsullar və riskli ölkələr
-
Ağcabədidə avtomobil piyadanı vuraraq öldürüb
-
Sabunçuda kanalizasiya kollektorunda baş vermiş çökmə aradan qaldırılacaq
-
"Politico": Ekspertlər Trampın ritorikası səbəbindən neft bazarındakı gərginliyin daha da pisləşəcəyini gözləyirlər
-
"İdrak" liseyində güllələnən müəllim İŞDƏN ÇIXDI













