Maks Ferstappen Bakıdakı yarışda əsas hədəfini açıqlayıb
Far.Az xəbər saytı

Maks Ferstappen Bakıdakı yarışda əsas hədəfini açıqlayıb


"Red Bull"un niderlandlı pilotu Maks Ferstappenin "Formula 1" üzrə Azərbaycan Qran-prisindəki əsas hədəfi bəlli olub.

"Report"un məlumatına görə, 26 yaşlı sürücü bu barədə ölkəsinin mətbuatına açıqlama verib.

Ferstappen məqsədinin yarışı "McLaren" sürücüsü Lando Norrisdən irəlidə bitirmək olduğunu söyləyib.

"Hazırda ən vacib olan da budur", - deyə təcrübəli pilot bildirib.

Qeyd edək ki, Ferstappen Bakıdakı əsas yarışa 6-cı, Norris isə 16-cı pillədə start verəcək. Azərbaycan Qran-prisi saat 15:00-da başlayacaq.

Norris cari mövsümdə Ferstappenin əsas rəqibi hesab edilir. Niderlandlı pilot sona 8 mərhələ qalmış 303 xalla liderdir. Norris isə 241 xalla ikinci sırada qərarlaşıb.

Oxşar xəbərlər

"Formula 1": Azərbaycan Qran-prisinin qalibi bu gün bəlli olacaq
"Formula 1": Bakıda səkkizinci yarış bu gün start götürür
"Formula 1": Maks Ferstappen Bakıya əsas rəqibi ilə birlikdə gəlib
"Formula 1": Ferstappen sıralamada liderliyi ələ keçirib, daha beş pilot mübarizəni dayandırıb - YENİLƏNİB - 2
Azərbaycan Qran-prisi: "Formula 1"də ikinci sərbəst yürüş yekunlaşıb, Lekler birinci olub - YENİLƏNİB

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər