"Haber Global"da İlham Əliyevin Antalya Diplomatiya Forumundakı görüşləri barədə süjet yayımlandı
Far.Az xəbər saytı

"Haber Global"da İlham Əliyevin Antalya Diplomatiya Forumundakı görüşləri barədə süjet yayımlandı


"150-dən çox ölkədən iştirakçıların qatıldığı Antalya Diplomatiya Forumu başlayıb. Çoxsaylı dövlət və hökumət başçılarının qatıldığı sammitdə qlobal və regional inkişaf məsələləri müzakirə olunur".

BAKU.WS xəbər verir ki, bu barədə "Haber Global" telekanalında forumla bağlı hazırlanan geniş reportajda bildirilib.

Qeyd olunub ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın forumda ikitərəfli görüşlər keçirməsi və açılış nitqi söyləməsi gözlənilir.

"Foruma qatılan liderlər arasında ilk olaraq Antalyaya Azərbaycan Prezidenti İlham Əliyev gəlib. İlham Əliyevin bu gün Ərdoğanla görüşü gözlənilir. Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev də forumda iştirak edir.

İlham Əliyev forum çərçivəsində Suriya Ərəb Respublikasının keçid dövrü Prezidenti Əhməd Əş-Şaraa və Şimali Kipr Türk Respublikasının lideri Tufan Erhürmanla da görüşüb. Görüşdə İlham Əliyev Şimali Kipr liderini prezident seçilməsi münasibətilə təbrik edib. Azərbaycanın Şimali Kipr Türk Respublikasına dəstəyinin bir daha təkrarladığı görüşdə Türk Dövlətləri Təşkilatına müşahidəçi üzvlük prosesi də müzakirə olunub. Forumda panellər və çıxışlar keçirilərkən liderlər arasında ikitərəfli görüşlər də davam edir", - deyə telekanalın reportajında bildirilib.

Oxşar xəbərlər

Leyla Əliyeva və Arzu Əliyeva Qaxda Axar-Baxar Milli Parkının açılış mərasimində iştirak ediblər
İlham Əliyevin XIII Qlobal Bakı Forumunun açılış mərasimindəki çıxışının TAM MƏTNİ
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
İlham Əliyevin Slovakiya Milli Şurasının sədri ilə təkbətək və geniş tərkibdə görüşləri olub
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər