"Gənc Peşəkar Velosipedçilər Klubu" İctimai Birliyinin ilin yekunlarına aid hesabat görüşü keçirilib
"Gənc Peşəkar Velosipedçilər Klubu" İctimai Birliyinin 2025-ci ilin yekunları ilə bağlı hesabat görüşü keçirilib.
"Far.Az" xəbər verir ki, tədbir peşəkar velosipedçilərin, tanınmış idmançıların, tərəfdaş şirkət və qurumların nümayəndələrinin, eləcə də ictimaiyyət və media təmsilçilərinin iştirakı ilə baş tutub.
Görüşün əsas məqsədi 2025-ci il ərzində klub tərəfindən həyata keçirilmiş tədbirlərin, layihə və təşəbbüslərin yekun hesabatının təqdim olunması, əldə edilmiş nəticələrin ictimailəşdirilməsi və gələcək dövr üçün əməkdaşlıq perspektivlərinin müzakirəsi olub.
Tədbirdə klubun 2025-ci il üzrə illik fəaliyyət hesabatı təqdim edilib, fəxri qonaqların və tərəfdaş qurum nümayəndələrinin çıxışları dinlənilib. Eyni zamanda, il ərzində təşkil olunan veloyürüşlərdə fəal iştirakına, bu idman növünün təsviqinə və klubun inkişafına verdiyi töhfələrə görə bir sıra idmançılara və tərəfdaşlara, kütləvi informasiya vasitələrinə, həmçinin "Far.Az" İnformasiya Agentliyinə təşəkkürnamələr təqdim olunub.
Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü ərəfəsində təşkil edilən bu görüş velosiped idmanına töhfə verən şəxslərin və qurumların bir araya gələrək həmrəylik nümayiş etdirməsi baxımından rəmzi əhəmiyyət daşıyır.
Sonda "Gənc Peşəkar Velosipedçilər Klubu" İctimai Birliyi bundan sonra da Gənclər və İdman Nazirliyinin, Azərbaycan Velosiped Federasiyasının yaxından dəstəyi ilə ölkədə velosiped idmanının inkişafına, gənclərin sağlam həyat tərzinə cəlb olunmasına və beynəlxalq arenada uğurların artırılmasına yönəlmiş fəaliyyətini davam etdirəcəyini bəyan edib.
Oxşar xəbərlər
Bakıda Azərbaycan səhiyyəsi üçün önəmli tədbir keçirilib
Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib
SOCAR-ın təşkilatçılığı, "Neftçi" və "Galatasaray" klublarının tərəfdaşlığı ilə şəhid və qazi övladları üçün "Futbol günü" adlı tədbir keçirilib
Şəhid analarının iştirakı ilə Vətən müharibəsində Zəfərin 5 illiyinə həsr olunmuş tədbir keçirilib
Həyatda yaxşı şeyləri niyə görmürük? - Tanınmış simaların FİKİRLƏRİ
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Real" səfərdə "Valensiya"nı darmadağın edib
-
Bakı metrosu bayram günlərində gücləndirilmiş rejimdə işləyəcək
-
Los-Ancelesdə avtomobil piyadaların üzərinə sürülüb, 8 nəfər yaralanıb
-
Lando Norris Braziliya Qran-prisinin sıralanma turunun qalibi olub
-
Kənd Təsərrüfatı Nazirliyi Zəfər Gününə həsr olunmuş videoçarx hazırlayıb
-
Kolumbiyada hərbi obyektə dron hücumu nəticəsində 3 hərbçi ölüb













