Azərbaycanda manatla geniş pul kütləsi 9 %-ə yaxın artıb
Bu il dekabrın 1-nə Azərbaycanda geniş mənada pul kütləsi (M3 aqreqatı) 48 milyard 662,1 milyon manat təşkil edib.
"Report" Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu, aylıq müqayisədə 2,5 % çox, ilin əvvəli ilə müqayisədə 4,7 % çox, 2024-cü ilin eyni dövrünə nisbətən 8,9 % çoxdur.
O cümlədən, manatla pul kütləsi (M2 aqreqatı) 37 milyard 596,2 milyon manat olub ki, bu da aylıq müqayisədə 1,5 %, ilin əvvəli ilə müqayisədə 2,6 %, ötən ilin eyni dövrünə nisbətən 8,5 % çoxdur.
Hesabat tarixinə tələbli depozitlər (M1 pul aqreqatı) 29 milyard 483 milyon manat təşkil edib ki, bu da, aylıq müqayisədə 1,6 %, ilin əvvəlinə nisbətən 0,6 % az, ötən ilin eyni dövrü ilə müqayisədə 6,4 % çoxdur.
Dekabrın 1-nə banklardan kənarda olan nağd pul kütləsi (M0 aqreqatı) isə 17 milyard 233,7 milyon manat olub ki, bu da aylıq müqayisədə 0,9 %, ilin əvvəlinə nisbətən 8,7 %, ötən ilin eyni dövrü ilə müqayisədə 10,4 % çoxdur.
Oxşar xəbərlər
Azərbaycanda geniş mənada pul kütləsi 6 %-dən çox artıb
Azərbaycanda manatla geniş pul kütləsi 3 %-dən çox artıb
Azərbaycanın maliyyə sektoru 2024-cü ildə - İCMAL
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
ABŞ "Lukoyl"un xarici aktivlərinin satışı üçün lisenziyanın müddətini uzadıb
-
Azərbaycan BOKT-unun təsisçisi dəyişib
-
Müstəqillik Günü münasibətilə Belqradda rəsmi qəbul təşkil olunub
-
Kəmaləddin Heydərov Xırdalanda vətəndaşları qəbul edəcək
-
Muxtar Babayev BMT baş katibinin müavini ilə iqlim məsələlərini müzakirə edib
-
ÜST rəhbəri: Sərhədlərin bağlanması Ebolanın yayılmasının qarşısını almayacaq













