Lerikdə mikroavtobusun dərəyə aşması nəticəsində xəsarət alanların son durumu açıqlanıb - YENİLƏNİB
Far.Az xəbər saytı

Lerikdə mikroavtobusun dərəyə aşması nəticəsində xəsarət alanların son durumu açıqlanıb - YENİLƏNİB


Lerikdə mikroavtobusun dərəyə aşması nəticəsində xəsarət alanların son durumu açıqlanıb.

TƏBİB-dən "Far.Az"un cənub bürosunun sorğusuna cavab olaraq verilən məlumata görə, bu gün saat 10:15 radələrində Lerik rayonu ərazisində baş verən yol-nəqliyyat hadisəsi səbəbilə xəsarət alan 7 nəfər (1-i qadın, 6-sı kişi) olmaqla Lənkəran Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

Qeyd olunub ki, yaralılara bədənin müxtəlif nahiyələrinin çoxsaylı travması diaqnozları təyin olunub.

Hazırda pasiyentlərin müalicəsi Təcili tibbi yardım şöbəsində davam etdirilir, vəziyyətləri stabil olaraq qiymətləndirilir.

Lerikdə mikroavtobus dərəyə aşıb, yaralılar var.

"Far.Az"un cənub bürosunun məlumatına görə, hadisə rayon ərazisində qeydə alınıb.

Belə ki, Lerik istiqamətində hərəkətdə olan "Mercedes Vito" markalı avtomobil idarəetmədən çıxıb və dərəyə aşıb. Avtomobildə olan sürücü, rayonun Kələxan kənd sakini Pərvaz Məmmədov və sərnişinlər müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Lənkəran Rayon Mərkəzi Xəstəxanasının təcili yardım şöbəsinə 7 yaralı daxil olub.

İlkin məlumata görə, onlar Bakıdan qayıdan rayon sakinləridir.

Xəsrət alanlar 1985-ci il təvəllüdlü Hakim Mirzəyev, 2006-cı il təvəllüdlü Kənan Salmanov, 2000-ci il təvəllüdlü Mehman Babazadə, 1968-ci il təvəllüdlü Fərhad Salmanov, 1990-cı il təvəllüdlü Pərvaz Məmmədov, 1998-ci il təvəllüdlü Sərxan Ağazadə və Səma Ağazadədir.

Faktla bağlı araşdırma aparılır.

Oxşar xəbərlər

Bakıda obyektdə güclü PARTLAYIŞ - 7 nəfər xilas edilib, yaralılar var
Azərbaycanda qan banklarının siyahısı yenilənib
Heydər Əliyev Fondu Lənkəran uşaq evini əsaslı yenidənqurmadan sonra istifadəyə verib
"Sədərək"də baş verən yanğında xəsarət alanların sayı 13 nəfərə çatdı - TƏBİB
Goranboyda yaşayış binasında uçqun zamanı xəsarət alanların VƏZİYYƏTİ AÇIQLANIB

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər