Xankəndidə bayram atəşfəşanlığı
Far.Az xəbər saytı

Xankəndidə bayram atəşfəşanlığı


Yeni il və Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə Xankəndi şəhərində atəşfəşanlıq olub.

Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən "Report"a verilən məlumata görə, bayram tədbirləri çərçivəsində keçirilən atəşfəşanlıq şəhər səmasını rəngarəng işıqlarla bəzəyərək, sakinlərə unudulmaz anlar yaşadıb.

Tədbir zamanı ictimai asayiş və təhlükəsizlik tam təmin edilib.

Qeyd edək ki, işğaldan azad edilmiş Xankəndidə Yeni il və Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününün qeyd olunması Azərbaycan dövlətinin gücünün, xalqımızın birliyinin və həmrəyliyinin, eləcə də bu torpaqlarda əbədi suverenliyin rəmzi kimi dəyərləndirilir.

Oxşar xəbərlər

Xankəndidə Zəfər atəşfəşanlığı
20 Sentyabr - Neftçilər Günü münasibətilə tədbir keçirilib
Bakıda Azərbaycan səhiyyəsi üçün önəmli tədbir keçirilib
SOCAR-ın təşkilatçılığı, "Neftçi" və "Galatasaray" klublarının tərəfdaşlığı ilə şəhid və qazi övladları üçün "Futbol günü" adlı tədbir keçirilib
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər