Şarl Lekler Piastrinin Azərbaycan Qran-prisində layiqli qələbə qazandığını söyləyib
Far.Az xəbər saytı

Şarl Lekler Piastrinin Azərbaycan Qran-prisində layiqli qələbə qazandığını söyləyib


"McLaren" komandası, Oskar Piastri heyrətamiz iş gördülər. Bu, layiqli qələbədir.

"Far.Az" xəbər verir ki, bunu "Formula 1" üzrə Azərbaycan Qran-prisində ikinci yeri tutan "Ferrari" pilotu Şarl Lekler deyib.

26 yaşlı sürücü Bakıdakı yarışın sonlarında bolidin təkərlərində problemlər yarandığını bildirib:

"Oskar irəli keçəndə düşündüm ki, onu ötə biləcəyəm. Amma çox çətin oldu. "McLaren" pilotu düz yollarda sürətli idi. İstədiyim qədər yaxınlaşa bilmədim. Müdafiə oluna bilməyəndə məğlubiyyətlə barışırsan. Mən etdiyim səhvlərdən dərs alacağam".

Qeyd edək ki, "McLaren" pilotu Oskar Piastri Azərbaycan Qran-prisinin qalibi olub.

Oxşar xəbərlər

"Formula 1": "McLaren" pilotu Bakıda qalib olub, yarışın sonunda qəza baş verib - YENİLƏNİB - 5
"Formula 1" üzrə Azərbaycan Qran-prisi: "McLaren" pilotu liderliyi ələ keçirib - YENİLƏNİB - 2
"Formula 1": Azərbaycan Qran-prisinin qalibi bu gün bəlli olacaq
"McLaren" Bakıdakı yarışdan sonra Konstruktorlar kubokunda liderliyə yüksəlib
"Formula 1": Ferstappen sıralamada liderliyi ələ keçirib, daha beş pilot mübarizəni dayandırıb - YENİLƏNİB - 2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər