Nərgiz Vik: "Almaniya maliyyə institutları Azərbaycandakı layihələrə investisiya yatırmağa hazırdır"
Almaniyanın maliyyə institutları Azərbaycanda həyata keçirilən layihələrə investisiya yatırmağa hazırdır.
"Far.Az" xəbər verir ki, bunu Alman-Azərbaycan Xarici Ticarət Palatasının ("AHK Azerbaijan") icraçı direktoru Nərgiz Vik (Nargis Wieck) onlayn keçirilən "Orta Dəhliz: Azərbaycan və Qazaxıstanda biznes imkanları" adlı vebinarda deyib.
Onun sözlərinə görə, "AHK Azerbaijan" Almaniya biznesi üçün dəmir yolu və siqnalizasiya sistemləri, hərəkətin idarə edilməsi, təhlükəsizlik texnikası, Xəzərdə gəmiqayırma və liman layihələri kimi sektorlarda daha böyük potensial görür.
Bundan başqa, logistika mərkəzlərinin və intermodal terminalların yaradılması, gömrük və ticarət proseslərinin rəqəmsallaşdırılması, habelə "Yaşıl dəhliz" boyunca bərpa olunan enerji mənbələri (BOEM) layihələri perspektivli istiqamətlərdir.
"Almaniyanın maliyyə institutları – "Commerzbank", "LBBW", "Euler Hermes" bu istiqamətlərdə böyük potensial görür. Bu yaxınlarda biz Bakıda bu bankların iştirakı ilə ixracın maliyyələşdirilməsinə həsr olunmuş konfrans təşkil etdik. Layihələri maliyyələşdirməyə hazırlıq var, iri sifarişlərin icrası zamanı isə Azərbaycan hökuməti dövlət zəmanəti verməyə hazırdır", - N.Vik əlavə edib.
Oxşar xəbərlər
Yeni Klinikada Yeni Robotik Reabilitasiya və Sümük İliyi Transplantasiyası mərkəzlərinin açılışı olub
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
"Nərgiz" Ticarət Mərkəzində təlim keçirilib
Ötən ilin "yaşıl enerji" gündəminə baxış - TƏHLİL
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Beynəlxalq maliyyə qurumlarından birgə bəyanat: Qlobal neft ehtiyatları rekord sürətlə tükənməkdədir
-
ABŞ Türkmənistan qazının Transxəzər marşrutlarla ixracını dəstəkləyir
-
Göyçayda güclü külək ağacı avtomobilin üstünə aşırıb, rayonda bir sıra fəsadlar yaranıb
-
İnsanların axın etdiyi müqəddəs məkanın sirri: "Bu su üstlərinə düşsə..."
-
Pentaqon "SpaceX" ilə HHM peyklərinin yerləşdirilməsi üçün 4 milyard dollarlıq müqavilə imzalayıb
-
ABŞ Sakit Okeanda narkotikdaşıyan gəmiyə zərbə endirib













