İtaliya klubu İspaniya millisinin futbolçusunu heyətinə qatmaq istəyir
Far.Az xəbər saytı

İtaliya klubu İspaniya millisinin futbolçusunu heyətinə qatmaq istəyir


İtaliyanın "Latsio" klubu İspaniya millisinin futbolçusu Mikel Oyarsabalı heyətinə qatmaq istəyir.

"Far.Az" yerli mətbuata istinadən xəbər verir ki, paytaxt təmsilçisi 28 yaşlı vinger üçün təklif hazırlayır.

Roma komandası oyunçunun çıxış etdiyi İspaniyanın "Real Sosyedad" klubuna sorğu da göndərib.

Qeyd edək ki, Mikel Oyarsabal "Real Sosyedad"ın yetirməsidir və 2015-ci ildən əsas komandada çıxış edir. O, cari mövsüm 15 matçda 5 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.

Oxşar xəbərlər

Azərbaycanla Ruanda arasında sənədlər mübadilə olunub, prezidentlər mətbuata bəyanatlarla çıxış edib
Birinci vitse-prezident Mehriban Əliyeva Roma Papası XIV Leo ilə görüşüb
Azərbaycan və Qazaxıstan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər
Turistlərin sevimli şəhərinə çevrilmiş paytaxt Bakı
Musiqili teatrda tarixi an: Dilarə Kazımova "Chicago" ilə yadda qaldı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər