Müşahidə olunan qarlı və şaxtalı hava avtomobil yollarında hərəkəti çətinləşdirir
Hazırda ölkənin bir sıra bölgələrində müşahidə olunan qarlı və şaxtalı hava şəraiti avtomobil yollarında hərəkəti xeyli çətinləşdirir.
Far.Az xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) bölgələrə səfər edən və hərəkətdə olan sürücülərə müraciətində bildirilib.
Qeyd edilib ki, sürüşkən yol örtüyü, məhdud görünüş məsafəsi və qəfil hava dəyişiklikləri yol-nəqliyyat hadisələri riskini artırır:
"Təhlillər göstərir ki, qarlı hava şəraitində baş verən qəzaların əsas səbəblərindən biri mövsümə uyğun olmayan və aşınmış şinlərdən istifadədir. Sürücülər zərurət olmadıqca uzunməsafəli və dağlıq ərazilərə səfərlərdən çəkinməli, nəqliyyat vasitələrinin texniki sazlığını, xüsusilə şinlərin qış mövsümünə uyğunluğunu, diş dərinliyini və təzyiqini yoxlamalıdırlar".
Müraciətdə vurğulanıb ki, qarlı və sürüşkən yollarda qış şinləri ilə hərəkət edilməli, sürət həddi yol və hava şəraitinə uyğun seçilməli, təhlükəsiz məsafəsi qorunmalı, eləcə də yorğun və yuxusuz halda sükan arxasına əyləşilməməlidir.
Oxşar xəbərlər
BDYPİ: Müşahidə olunan qarlı və şaxtalı hava avtomobil yollarında hərəkəti çətinləşdirir
Xatirə İslamdan qarlı havada FOTOSESSİYA
Qış turizm mövsümü öncəsi daxili turizm imkanları nümayiş etdirilib
Bakı şəhərinin sevilən Qış nağılı yenidən Fəvvarələr meydanında!
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İtaliya səfiri İsveçrədə bardakı yanğına fişəngin səbəb olduğunu ehtimal edir
-
Terrorun payız və yaz şumu: Mir Şahinin filmi" təqdim olunub
-
Goranboyda avtomobil aşıb, ata və oğul ölüb
-
Qambiya sahillərində gəmi qəzası nəticəsində yeddi nəfər həlak olub
-
Bu yollar dumanlı olacaq, buz bağlayacaq
-
Rusiyanın Krasnodar diyarında on minlərlə sakin işıqsız qalıb













