Tramp: Maduro və həyat yoldaşı ələ keçirilərək Venesueladan çıxarılıb - YENİLƏNİB
Far.Az xəbər saytı

Tramp: Maduro və həyat yoldaşı ələ keçirilərək Venesueladan çıxarılıb - YENİLƏNİB


Venesuela hökuməti ABŞ-dən ölkə Prezidenti Nikolas Maduro və həyat yoldaşının sağ olduğunu təsdiqləməsini tələb edib.

"Far.Az" xəbər verir ki, bu barədə "The New York Times" Venesuelanın vitse-prezidenti Delsi Rodrigesə istinadən yazır.

"Delsi Rodriges dövlət televiziyasında çıxış edərək, Nikolas Maduro və həyat yoldaşının yerinin məlum olmadığını bildirib və ABŞ prezidenti Trampdan onların sağ olduğuna dair sübut təqdim etməsini tələb edib", - məlumatda deyilib.

ABŞ Prezidenti Donald Tramp Venesuela Prezidenti Nikolas Maduro və həyat yoldaşının ələ keçirilərək ölkədən çıxarıldığını bəyan edib.

"Far.Az" xəbər verir ki, o, bu barədə "Truth Social" şəbəkəsində yazıb.

"ABŞ Venesuelaya uğurla irimiqyaslı zərbə endirib, onun lideri, Prezident Nikolas Maduro və həyat yoldaşı tutularaq ölkədən çıxarılıb. Bu əməliyyat ABŞ-nin güc strukturları ilə birgə həyata keçirilib", - o yazıb.

Tramp həmçinin bildirib ki, bu gün Floridada yerləşən Mar-a-Laqo iqamətgahında mətbuat konfransı keçirəcək və əməliyyatın digər təfərrüatlarını açıqlayacaq.

"Bu gün səhər saat 11-də (Bakı vaxtı ilə 20:00-da - red.) mətbuat konfransı keçiriləcək. Bu məsələyə göstərdiyiniz diqqətə görə təşəkkür edirik!", - o qeyd edib.

Oxşar xəbərlər

Azərbaycan gömrükçüləri "Uşaq oyuncaqları" yükündən bəyan olunmayan mallar aşkarladı
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
KİV: Venesuelanın vitse-prezidenti Karakasda baş verən partlayışlardan sonra təhlükəsizlikdədir
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Londonda yüksəksəviyyəli iqlim dialoqunda iştirak edib
ABŞ Venesuela parlamentinin binasına zərbə endirdi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər